KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Züriyə Qarayeva: Əfqanıstandan Türkiyəyə böyük qaçqın axını gözlənilir

Züriyə Qarayeva: Əfqanıstandan Türkiyəyə böyük qaçqın axını gözlənilir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
300 0
zuriye

Ona görə Ankara G20 çərçivəsində miqrasiya ilə bağlı işçi qrupunun yaradılmasını təklif edib

İtaliyanın G20-yə sədrliyi çərçivəsində Əfqanıstan məsələsi ilə bağlı fövqəladə zirvə görüşü keçirilib. G20 ölkələrinin liderlərinin iştirak etdiyi videokonfransda Əfqanıstana beynəlxalq humanitar yardımlar, immiqrasiya, terrorizm və qadın hüquqları kimi məsələlər müzakirə edilib. Görüşdə Avropa İttifaqının (Aİ) Əfqanıstana 1 milyard avroluq yardım paketi açıqlanıb. Türkiyə G20 çərçivəsində miqrasiya ilə bağlı işçi qrupunun yaradılmasını və Türkiyənin bu qrupa sədrlik etməsini təklif edib. G20-yə üzv ölkələrin rəhbərləri ilə yanaşı, zirvə görüşünə Aİ, BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Qətərin yüksək səviyyəli nümayəndələri qonaq qismində qatılıblar.

Türkiyənin təklifinə münasibət bildirən politoloq Züriyə Qarayeva “Şərq”ə açıqlamasında bildrib ki, Türkiyənin belə bir təkliflə çıxış etməsi gözlənilən idi. Politoloq qeyd edib ki, ümumiyyətlə, Türkiyədə rəsmi nümayəndələr, hətta Prezident Ərdoğan da dəfələrlə bəyanat verib:

“Türkiyənin qaçqın problemini artıq qaldıra bilməyəcəyi və belə bir yük götürə bilməyəcəyi ilə bağlı dəfələrlə bəyanatlar olub. Türkiyənin də indiki vəziyyətdə belə bir bəyanatla çıxış etməsinin səbəbi Əfqanıstandan gözlənilən qaçqın axını ilə bağlıdır. Ona görə də miqrasiyanın qarşısını almaq məqsədilə belə bir təklif verilib. Hesab edirəm ki, bu, tamamilə haqlı bir addımdır. Çünki hesablanan rəqəmlərə görə, Əfqanıstandakı mövcud duruma görə, növbəti yaxın bir neçə ay, il ərzində Əfqanıstandan 3-4 milyon insanın miqrasiyası gözlənilir. Qeyd edək ki, post-pandemiya dövründə Avropanın özü pandemiyadan çox böyük təsirə məruz qalıb və iqtisadiyyatı demək olar ki, böhran vəziyyətindədir. Suriya nümunəsində gördük ki, Avropa Türkiyə və digər dövlətlərə müəyyən vədlər verdi. Qeyd olundu ki, qaçqınları üzərinizə götürün və bunun qarşılığında bunun maddi təminatı olacaq. Amma bunu yerinə yetirmədilər. Ona görə də Avropanın bugünkü iqtisadi durumu bu fikrə yol açır ki, Avropa bu qaçqın axınını qaldıracaq vəziyyətdə deyil”.

Z.Qarayeva əlavə edib ki, G20-yə üzv ölkələrin rəhbərləri ilə yanaşı, zirvə görüşünə Aİ, BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Qətərin yüksək səviyyəli nümayəndələrinin də təmsil olunmasının əsas səbəbi Avropanın hazırkı böhranlı iqtisadi durumu ilə bağlıdır:

“Ümumiyyətlə, Avropa düşdüyü iqtisadi durumdan çıxmağa çalışır. Təbiidir ki, Türkiyə Avropadan bu yükü çəkəcək gücdə deyil. Ona görə də Türkiyə açıq şəkildə həm nazirlər, həm də prezident səviyyəsində bildirir ki, Türkiyənin də iqtisadi durumu buna yol vermir. Həmçinin, hazırda Türkiyədə 4 milyondan artıq qaçqın var. O qaçqınların problemlərinin həlli üçün də, Türkiyənin iqtisadi durumu yetərli deyil. O baxımdan düşünürəm ki, Türkiyə haqlı olaraq bu təkliflə çıxış edir və gözlənilən qaçqın axınının qarşısını almağa çalışır”.

Aynurə Pənahqızı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir