KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Əliyev və Paşinyan Münxendə razılıga gələ bilərmi?

Kamal Aliyev: Əliyev və Paşinyan Münxendə razılıga gələ bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
53 0

Münxen Təhlükəsizlik Konfransı(MSC)çərçivəsində Almaniyanın federal kansleri Olaf Şoltsun Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün produktiv nəticələnəcəyinə bəri başdan şübhə etmişdim.Zira,Azərbaycan hökumətinə yaxın media da Almaniyanın məlun üçtərəflu görüşdə moderator deyil,daha çox ev sahibi oldugunu dedi.
Hal-hazırda Bakı və Yerevan arasında aktiv danışıqlar fazasının oldugunu iddia etmək yumuşaq desəm sadəlövhlükdür.Belə ki,tərəflər arasında şərti dövlət sərhədinin delimitasiyası istiqamətində ardıcıl rəsmi təmaslar baş tutsa da,konkret olaraq,hər hansı pozitiv nəticədən danışmaq qeyri-mümkündür.
Üstəlik,Zəngilan rayonu istiqamətində baş verən son hərbi qarşıdurma,ölü və yaralıların olması tərəflər arasında hələ də ciddi problemlərin oldugunu göstərir.Hətta Paşinyanın Almaniyaya yola düşdüyü gündə ermənilərin atəşkəsi pozmasını da bura əlavə etsək,vəziyyət aşagı-yuxarı bəllidir:tərəflər arasında qarşılı qülı ittihamlar və dərin inamsızlıq var.
Gəlin məsələni bir az da açaq;Bakı israrla tələb edir ki,Zəngəzur dəhlizi üçün ən azından “Kalininqrad modeli”tətbiq olunsun,Naxçıvana və əks istiqamətə hərəkət edən sərnişinlər,karqolar sərhəddə yoxlanılmasın.Ermənistan bunu əsla qəbul etmir və böyük ehtimalla qəbul da etməyəcək.Çünki,bu plan reallaşarsa,2020-ci il 9/10 noyabr razılaşmasına görə,Zəngəzur koridorunun üzərində Rusiyanın nəzarət mexanizmi qəbul olunmuş olacaq.
Məsələnin ən kritik nöqtəsi həm də budur ki,Qərb də Zəngəzur dəhlizi üzərində rusların kontrol mexanizminə qarşıdır və buna görə Paşinyan hökumətinə dəstək verir.Rusiyaya gəldikdə,Moskva Qərbin Cənubi Qafqazdakı geosiyasi,geostrateji,hətta geoi qütisadi hədəflərini bildiyi üçün Zəngəzur dəhlizinin üzərindəki nəzarət iştahından imtina etməyəcək.Gördüyünüz kimi,Rusiya da daxil olmaqla,Azərbaycan və Ermənistan güzəştə getməyəcəklərind əı israr edirlər.
İkincisi,Bakı Ermənistandan müəyyən konstitutsiya düzəlişlərini tələb edir…
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir