KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Ərdogan,Putin və Rəisinin Tehran zirvəsindən hansı gözləntilər var?

Kamal Aliyev: Ərdogan,Putin və Rəisinin Tehran zirvəsindən hansı gözləntilər var?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
34 0

Rusiya Federasiyasının Ukraynada başlatdıgı qanlı müharibə uzandıqca,qlobal siyasətdə yeni ittifaqlar,geopolitik qütblər yaranmaga başlayır.Şübhəsiz ki,baş verməkdə olan geosiyasi dəyişiklər əslində Yeni Dünya Nizamına(YDN)keçidin elementləridir və belə demək mümkünsə daşlar bir-bir yerinə oturur.

19 oyulda İranın paytaxtı Tehranda bu ölkənin prezidenti İbrahim Rəisi,rus lider Vladimir Putin və Türkiyənin dövlət başçısı Tayyib Ərdogan arasında üçtərəfli görüş keçiriləcək.Təbii ki,adı çəkilən dövlətlər Azərbaycanın qonşularıdır və bu ölkələrdə baş verənlər,onların aldıgı siyasi qərarlar istər-istəməz bizə də təsir edir.
Dogrudur,Türkiyə,Rusiya və İran Suriya problemi kontekstində “Astana Formatı”çərçivəsində aralarında bir mexanizm qurublar,ancaq bu üç regional gücün geopolitik hədəflərində Cənubi Qafqaz da var.
Yəni,bizim nə istədiyimizdən asılı olmayaraq,Cənubi Qafqazda hələ ki,əsas söz sahibi məhz bu regional güclərdir.Hətta Gürcüstanı da bu sıraya daxil etmək olar.Nə qədər ki,Azərbaycan və Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməyib,Ermənistanda rus hərbi bazası var,biz yenə də Kremlin orbitində qalacagıq.

Cənubi Qafqaz o vaxt Rusiyadan canını qurtaracag ki,regionumuzda rus qoşunları olmayacaq,daxilimuzdə Kremlin 5-ci kalonu meydan sulamayacaq.Yoxsa biz nə qədər Avropa İttifaqı ilə əməkdaşlıq edəcəyiksə,bunun faydası arzuladıgımız səviyyədə olmayacaq.
Üstəlik,Moskva və Tehran Qərb təşkilatlarının Cənubi Qafqazda varlıgna qətiyyən imkan verməyəcəklər.Gəlin birlikdə reallıgı qəbul edək ki,heç Aİ və NATO-da bizi öz sıralarında bu tezliklə görmək istəmir.Yeganə Gürcüstandır ki,onun Aİ şansı var,ancaq ən yaxşı halda 2030-dan sonra.

Beləliklə,Putun,Ərdogan və Rəisi zirvə görüşü bir sıra məsələlərə də aydınlıq gətirəcək.Xüsusilə,Qarabag ətrafında baş verənlər,Zəngəzur dəhlizi və yeni müharibə ehtimalı mövzusu da bu üçtərəfli görüşdə gündəmə gələcək.Həqiqət budur ki,indiki mərhələdə Rusiya,İran və Türkiyə Qarabag ətrafında hər hansı eskalasiyadan yana deyil.İndiki etapda heç Qərb də Azərbaycan və Ermənistan arasında növbəti müharibənin olmasını istəmir.Açıq deyək ki,Cənubi Qafqazda mövcud status-kvonun permanentliyi bütün qlobal güclərin istəyidir.Nəzərə alsaq ki,Ukraynadakı müharibə hələ uzun müddət davam edəcək,o zaman ikinci və ya üçüncü cəbhələrin açılması daha faciəvi nəticələrə gətirib çıxara bilər.Bunun agır nəticələrini isə ABŞ-dan daha çox Avropa İttifaqı ölkələri yaşaya bilər.Aİ ölkələri qlobal nüvə gücləri arasında poliqon olmaq istəmir.

Tehran görüşünə gəldikdə isə,Rusiya və İran YDN-də Qərbə əks cəbhədə duracaqlar.Hətta ehtimal olunur ki,İran yaxın tarixdə BRİCS təşkilatında təmsil olunacaq.Türkiyə isə Qərbin traektoriyasına aid olsa da,daha çox “neytral”qalmaga üstünlük verir.
Ankara Qərbdən istədiklərini almayınca,(terror və təhlükəsizlik kontekstində)indiki neytral mövqeyini davam etdirəcək.Beynəlxalq münasibətlər çıxarlar,maraqlar meydanıdır.Və kim bu sistemdə realist olursa,o da mövcud dinamikada qazanan tərəf olur.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.