KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Əliyev:İlham Əliyev Qranada görüşündən niyə imtina etdi?

Kamal Əliyev:İlham Əliyev Qranada görüşündən niyə imtina etdi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
147 0

Azərbaycan prezidenti İlham Əliyev sabah Uspaniyanın Qranada şəhərində keçirilməsi gözlənilən Avropa Siyasi Birliyinin zirvə görüşündən imtina edib.Halbuki,Aİ Şurası prezidenti Şarl Mişel son açıqlamalarında daha yumuşaq fikirlər ifadə etmişdi və demişdi ki,əsas hədəf Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.
Mümkündür ki,Əliyev son baş verənlər konteksində-Araik Arutyunyan da daxil olmaqla Qarabag separatçılarının həbs olunaraq Bakıya gətirilməsindən sonra gözlənilən Qranada görüşünün qeyri-effektivliyinə inanıb.
İkincisi,dünən İravana səfər edən Fransa xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanı “etnik təmizləmədə”ittiham etməsi,Parisin Ermənistanı silah-sürsatl as təmin etməsini vurgulaması Bakının Qaranda görüşündən imtinaya sövq edib.Bundan əlavə,Fransa xarici işlər nazirinin X sosial şəbəkəsində Türkiyəyə məxsus Agrı dagını paylaşması da Bakının xoşuna gəlməyib.
Hər halda,Türkiyə Azərbaycanın strateji müttəfiqidir və Bakı böyük ehtimalla,Ankaranın həssaslıgını da nəzərə alır.
Dogrudur ki,Qranada görüşündən müəyyən müsbət nəticələr də gözlənilirdi,Bu,ondan ibarət idi ki,Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişi istiqamətində müəyyən detallar razılaşdırılsın.
Zənnimcə,İlham Əliyevi Qranada görüşündən imtinaya sövq edən onun bu müzakirələrdə “təklənmə”detalı da olub.Yəni,görüşdə iştirak edənlərdən biri Fransa prezidenti Emanuel Makron olacagdı.Üstəlik,görüşdə Almaniya kansleri Olaf Şolts da iştirak edəcəkdi.
Baxmayaraq ki,Aİ Şurası prezidenti Şarl Mişel bu görüşün baş tutmasını çox istəyirdi və Bakıya qarşı daha “yumuşaq”ritorikadan istifadə edirdi,ancaq Parisdən gələn son bəyanatlar Bakını öz prizmasından “korrektlər”etməyə yönəltdi.
Mümkündür ki,Əliyevin Qranada görüşündən imtina etməsində Türkiyə və Rusiyanın da rolu var.Hər halda,Cənubi Qafqazda hal-hazırda Bakı-Ankara-Moskva əməkdaşlıgını sezməmək mümkün deyil.
Bir maraqlı detal da ondan ibarətdir ki,Qarabag probleminin yekun siyasi həllini nəzərdə tutan “Qərb platformu”dondurula bilər.Yəni bu,mümkünsüz deyil və Moskvanın bunda maragı oldugunu ifadə etmək çətin deyil.Belə olan təqdirdə,Ermənistanın baş naziri Nikol Paşinyanın da Rusiyanın vasitəçiliyindən imtina edəcəyini proqnozlaşdıra bilərik.O zaman,Qarabag problemi ətrafında yeni status-kvo yarana bilər.Bu,daha çox indi mərhələdə Rusiyanın geopolitik maraqları ilə üst-üstə düşür…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir