KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Əliyev: Hakan Fidan-Abdullahian görüşündəki Qarabag mövzusu

Kamal Əliyev: Hakan Fidan-Abdullahian görüşündəki Qarabag mövzusu

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
150 0

Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehrandadır və o,bu gün iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Yeri gəlmişkən,Fidan bundan əvvəl Rusiyada idi.Azərbaycan üçün Fidanın İrana səfəri həm də ona görə kritikdir ki,türkiyəli nazirin İrandakı təmaslarında Qarabag məsələsi də müzakirə olunacaq.Nəzərə alsaq ki,Qarabag ətrafında vəziyyət getdikcə gərginləşir.Son olaraq,Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Republika”nəşrinə verdiyi müsahibədə Qarabag ermənilərinin hüquqları və statusu haqqında dedikləri tərəflər arasında münasibətləri gərginləşdirib.
O zaman ortaya sual çıxır:Proseslərdəki gərginlik artan xəttlə davam edərsə,Azərbaycan və Ermənistan arasında eskalasiya ehtimalı nə qədərdir?
Son hadisələrə diqqət yetirsək,Qarabagda kiçik miqyaslı da olss hərbi əməliyyatlar gözləniləndir.Və biz bu ehtimalı nəzərə alsaq,Hakan Fidanın İran ziyarətinin konturlarını da müəyyən edə bilərik.
Bilirik ki,İranın Cənubi Qafqaz geopolitikasında Ermınistanın “müstəsna”yeri var.Üstəlik,Tehran bəyan edir ki,Ermənistana qarşı hır hansı hərbi intervensiyaya cavab verəcək.Nəzərə alsaq ki,İran Ermənistan üçün həm də bir logistika nöqtəsidir.
Dogrudur,Azərbaycan Ermınistan arasında hərbi əməliyyatlar keçirməyəcək.Bakının konsantrasiya oldugu məkan Qarabagdakı separatçı subyektdir.Lakin bu o demək deyil ki,İran Azərbaycanın Qarabagdakı hərbi əməliyyatlarına səssiz qalacaq.
Buna paralel olaraq,Azərbaycan-İran münasibətlərindəki bir müddətdir davam edən soyuqlugu da nəzərə alsaq,Tehranın real strategiyasını da anlamış ola bilərik.
Belə bir həssas mərhələdə Hakan Fidanın İrana səfərindəki müzakirə predmetlərindən birinin,hətta daha əhəmiyyətlsinin Qarabag probleminin oldugunu başa düşmək mümkündür.Fidanın,ümumiyyətlə Ankaranın istədiyi budur ki,Azərbaycanın Qarabagda keçirəcəyi ehtimal olunan əməliyyatı zamanı İran heç olmasa “neytral”mövqe nümayiş etdirsin.Şübhəsiz ki,Hakan Fidan İrana səf əır etməmişdən əvvəl Azərbaycan tərəfi ilə də məsləhətləşmələr aparıb.Bu nöqteyi-nəzərdən,Fidanın Tehrana səfərini və onun nəticələri Bakının da diqqətindədir.
Təbii ki,Fudanın qarşısında böyük məsuliyyət var.Bakı isə anti-terror əməliyyatından əvvəl Moskva və Tehranın proseslərə təsir imkanlarını zəiflətmək istəyir.İlham Əliyev bilir ki,Qarabag separatçılarına qarşı əməliyyat öncəsi mütləq “beynəlxalq legitimlik”lazımdır.
O ki qaldı Fidanın məqsədinə çatmasına,bu,olduqca çətin mövzudur.Buna rəgmən,diplomatiya həm də çətinliklərin öhdəsindən gəlmə sənətidir…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir