KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Yaxın Şərq cəhənnəmə çevrilir: Bütün ərəb dünyası müharibəyə qoşula bilər

Kənan Novruzov: Yaxın Şərq cəhənnəmə çevrilir: Bütün ərəb dünyası müharibəyə qoşula bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
115 0

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfəri zamanı Qırmızı dənizdə Yəmən husi üsyançılarının təhdidlərinə qarşı əməliyyat planlarını açıqlamaq niyyətindədir. Bu barədə “The War Zone” Pentaqonun nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyat “Prosperity Guardian” əməliyyatı adlanacaq.
Əməliyyatda hansı ölkələrin gəmilərinin orada iştirak edə biləcəyi barədə məlumat verilmir.
Məlumat dekabrın 16-da ABŞ və Böyük Britaniya esmineslərinin Yəmən husiləri tərəfindən Qırmızı dənizin cənubunda ticarət gəmilərinə atdığı 15 pilotsuz uçan aparatın qarşısını aldıqdan sonra ortaya çıxıb.
Hazırda Qırmızı dənizin cənubunda Amerikanın “USS Carney” və “USS Mason” esminesləri, Britaniyanın “HMS Diamond”, Fransanın “FS Languedoc” freqatı patrul edir. “Bild” nəşri Almaniyanın “F221 Hessen” freqatını Qırmızı dənizə patrul göndərmək niyyətində olduğunu yazıb.
Qəzza zolağında müharibənin getdiyi bir vaxtda Qırmızı dənizdə gəmilərə hücumlar tez-tez baş verir. HƏMAS-ın dəstəklədiyi husilər İsrailin mövqelərinə hücum edir və yəhidi dövləti ilə əlaqəsi olan gəmilərə qarşı əməliyyatlar keçirəcəklərini bildirirlər. Bu cür bəyanatlardan sonra Qırmızı dənizdə bir neçə ticarət gəmisi hücuma məruz qalıb.
Əvvəl də dediyimiz kimi, Yaxın Şərqdəki proseslərdə Vaşinqtonun konkret məqsədləri var. Hədəfin nə olduğunu tam demək çətindir. Amma əgər ABŞ Yaxın Şərqə bu qədər çox diqqət göstərirsə və hətta Ukraynadakı müharibə artıq ikinci plana keçibsə, bu, səbəbsiz ola bilməz. Deməli, həqiqətən, konkret nəticələr gözlənilir.
Ümumiyyətlə, Yaxın Şərqdə faktiki olaraq döyüşən iki tərəf olsa da, proseslərin gedişində maraqlı olan oyunçuların sayı daha çoxdur. ABŞ, İran, Rusiya, Türkiyə kimi güclərin hər birinin bölgə ilə bağlı öz maraqları var. Bu isə sülh ehtimalını azaltmaqla yanaşı, daha ciddi eskalasiyaya şərait yaradır.
İstisna deyil ki, Qərb dünyası, xüsusilə ABŞ bütünlüklə ərəb dünyasına qarşı mübarizəyə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdəki durumla bağlı səsləndirdiyi fikirlər, müsəlmanları həmrəyliyə çağırması da belə düşünməyə əsas verir.
Bölgədəki müharibənin yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, yəqin ki, savaşın miqyası daha da genişlənəcək, iştirakçıların sayı artacaq. Nəzərə almaq lazımdır ki, Livan birbaşa olmasa belə artıq müharibəyə qoşulub. Hər halda Livan ərazisindən İsrailin mövqeləri atəşə tutulur. Eyni zamanda İsrail də Livana qarşı adekvat addımlar atır. Gələcəkdə digər ərəb dövlətlərinin də müharibəyə qoşulması istisna deyil.
ABŞ rəsmilərinin İsrailə müntəzəm səfərləri bu dövlətin proseslərdə birbaşa maraqlı olduğunu göstərir. Rəsmi Vaşinqton hələ ki, “pərdəarxası” rolunu oynamağa davam edir. Amma gələcəkdə “oyuna birbaşa qoşulması” və bunun İsrailə maliyyə və hərbi yardım formasında baş verməsi mümkündür. ABŞ İsrailə dəstək verəcək və bunun əvəzində İsrail ərəb dünyası ilə müharibə aparacaq.
İddia edildiyi kimi, husilərin bu və ya digər formada müharibəyə qoşulması mümkündür. Bu isə perspektivdə digər ərəb dövlətlərinin də savaşa qoşulmasına təkan ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu proses həmin tərəflərin öz iradəsindən daha çox, məhz ABŞ – ın təhrikləri nəticəsində olacaq.
Beləliklə, daha gərgin mərhələ hələ qarşıdadır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir