KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Gürcüstanda svanların azərbaycanlılara hücumu ilə bağlı nəyi səhv etdik?

Asif Nerimanlı: Gürcüstanda svanların azərbaycanlılara hücumu ilə bağlı nəyi səhv etdik?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
303 0

Hadisə baş verəndən sonra Azərbaycandan reaksiyanı Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) verdi. Problem Komitənin yalnış reaksiyasında yox, ümumiyyətlə bu məsələyə Diasporla İş üzrə Dövlət Komitəsinin münasibət bildirməsindədir.

DİDK-nin missiyası Azərbaycandan xarici ölkələrə köçən və orada məskunlaşan soydaşlarımızla işləməkdir. Gürcüstandakı soydaşlarımız diaspor deyil, öz tarixi torpaqlarında yaşayırlar. Gürcüstan zaman-zaman azərbaycanlıları diaspor kimi təqdim etməyə cəhd göstərib. İndi hadisəyə məhz DİDK-nin reaksiya verməsi bu yalnış yanaşmanı təsdiqləməyimiz deməkdir.

Hələ 1996-cı ildə Heydər Əliyev Gürcüstanın bu siyasətinə qarşı çıxmışdı. Həmin ilin martında Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfəri zamanı Şevarnadze soydaşlarımızı “Azərbaycan diasporu” adlandırmışdı. Heydər Əliyev buna etiraz edir və bildirir ki, “Diaspor yox, azərbaycanlılar sonradan gəlmə deyillər. Tarixən bu yerlərdə yaşayırlar. Buralar onların əzəli, ədəbi məskənləridir”.

Son hadisəyə Diaspor Komitəsinin reaksiya verməsi ilə soydaşlarımız üzərində hələ Şevarnadzenin dövründən mövcud olan və Tbilisinin daim bir kənarda saxladığı “Azərbaycan diasporu” təbliğatına işləmiş olduq. Bu, indi olmasa belə, sonra əleyhimizə çevrilə bilər.

Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir