KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Ermənistanla “başa düşdüyü dillə danışmalıyıq”- Sülhün yolu…

Kənan Novruzov: Ermənistanla “başa düşdüyü dillə danışmalıyıq”- Sülhün yolu…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
164 0

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Vaşinqtonda keçirilən üç günlük görüşünə münasibət bildirib. O deyib ki, ən çətin məsələləri həlli sonraya qalıb.
Dövlət katibin sözlərinə görə, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir: “Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb”.
A. Blinkenin “ən çətin məsələlər” deyəndə nəyi nəzərdə tutduğu açıqlanmayıb. Ehtimal etmək olar ki, bunlar hər iki tərəf üçün ən həlledici məqamlardır. Anklavların taleyi, Qarabağın dağlıq ərazisi ilə bağlı perspektiv və Zəngəzur dəhlizinin sözügedən “ən çətin məsələlər” sırasında olması mümkündür.
Əslində A. Blinkenin söylədiyi kimi, razılığa nail olmaq o qədər də çətin deyil. Çünki həm rəsmi Bakı, həm də İrəvan sülh istəyir. Yəni məqsəd eynidir. Çətinlik yaradan məqam isə eyni məqsədə hansı formada nail olmaqla bağlı tərəflərin mövqeyidir. Təəssüf ki, Ermənistan bir sıra məsələlərdə hələ də “nala-mıxa vurmağa” davam edir.
Məsələ burasındadır ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqları diktə edən isə rəsmi Bakıdır. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülhlə bağlı təşəbbüskarlıq edir və hələ ki, səbrlə gözləyir. Bu humanistliyimiz isə beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Rəsmi Bakının səbri, şübhəsiz ki, sonsuz deyil. Bunu həm qarşı tərəf, həm də vasitəçilik iddiasında olanlar anlayırlar.
Görünən odur ki, üçgünlük görüşdə ciddi nəticə əldə olunmayıb. Bu, əslində gözlənilən idi. Görünür, hazırkı şərait Ermənistanla sülh üçün əlverişli deyil. Bunun üçün isə qarşı tərəfə təzyiqlərin artırılması şərtdir.
Əlbəttə, ehtimal edilən sülh Azərbaycanın maraqlarına və tələblərinə uyğun olmalıdır. Çünki artıq oyun şərtlərini biz diktə edirik. Əgər İrəvan hələ də humanist addımlarımıza səmimi cavab vermisə, deməli, düşmən təxribatına cavab olaraq hərbi gücün işə salınması mümkündür. Ermənistan bu variantı və 44 günlük müharibənin acı aqibətini unutmamalıdır.
İkinci bir tərəfdən, əvvəl dediyimiz kimi, vasitəçilikdə iddialı olan tərəflərin, o cümlədən ABŞ-ın da Ermənistana təzyiqləri artmalıdır. Beləliklə, rəsmi Vaşinqton həm səmimiliyini göstərə, həm də sülhə nail ola bilər. Ümumiyyətlə, Ermənistanla “başa düşdüyü dillə danışmağın vaxtı çatıb”.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir