KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistandakı 102-ci hərbi baza ləğv olunur?

Kənan Novruzov: Ermənistandakı 102-ci hərbi baza ləğv olunur?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
112 0

Rusiya bir halda buna razı olar
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun iddiasına görə, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər. Bildirilib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır:
“Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-ın Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. ABŞ-la Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır”.
Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.
Ermənistandakı 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1994-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb.
Məlum olduğu kimi, Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşən xətlə davam edir. Ermənistanın Roma statunu ratifikasiya etməsi bu prosesi daha da sürətləndirdi. Son zamanlar tərəflər qarşılıqlı şəkildə bir-birilərini ittiham edirlər. Ehtimal etmək olar ki, daha tərəflər arasında münasibətlər düzəlməyəcək. Ən azından Nikol Paşinyan Ermənistanda hakimiyyətdə olduğu müddət ərzində bu, real görünmür. Heç Qərb də Paşinyanın Moskva ilə yenidən yaxınlaşmasına imkan verməyəcək.
102-ci hərbi bazasının uzun illər Ermənistanda mövcudluğunun əsas məqsədlərindən biri məhz rəsmi İrəvana təzyiq olub. Rusiya bu yolla Ermənistan iqtidarına təsir etməyə çalışıb. Məsələ ondan ibarətdir ki, 102-ci hərbi baza vasitəsilə asanlıqla Ermənistanda hakimiyyət çevrilişi etmək olar. Ermənistanın xeyli müddət Rusiyanın diktəsindən kənara çıxmamasının səbəbi də elə bu qorxu olub.
Düşünürəm ki, Rusiya hərbi bazasını asanlıqla Ermənistandan çıxarmayacaq. Buna razı olmayacaq. Çünki həmin hərbi baza Ermənistana bir neçə təsir vasitəsindən biridir. Hərbi bazanın ləğvi Rusiyanın Ermənistanla və regionla bağlı çoxillik planlarından imtina etməsi deməkdir.
Rusiya yalnız bir halda könüllü şəkildə Ermənistandakı bazasını ləğv edər- əgər oradakı texnikalar, hərbçilər Ukrayna cəbhəsi üçün lazımdırsa. Əks halda Moskva mümkün qədər çalışacaq ki, bu ssenarinin qarşısını alsın.
ABŞ isə, əksinə, mümkün qədər çalışacaq ki, Rusiya hərbi bazasını ləğv etməyə məcbur qalsın. Çünki bunun nəticəsində Moskvanın İrəvana təzyiqləri xeyli azalacaq. Beləliklə, Qərb dünyası rəsmi İrəvanla və regionla bağlı planlarını daha asanlıqla həyata keçirə biləcək. Çünki Ermənistanın tərəddüdləri xeyli azalacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir