KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistan dini lideri Bakıya gələ bilər: Sülh sazişi üçün mühüm addım

Kənan Novruzov: Ermənistan dini lideri Bakıya gələ bilər: Sülh sazişi üçün mühüm addım

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
20 0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazı qılınandan sonra jurnalistlərə açıqlamasında deyib ki, Bütün ermənilərin katolikosu II Qaregin mövqeyini dəyişərsə və Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edərsə, onu dini liderlərin bu ilin sonunda Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik.
O bildirib ki, erməni kilsəsi Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etmək istəmir: “Hazırda erməni kilsəsi iftiralar yayır, revanşizmi təbliğ edir. Ümid edirəm ki, heç kim bu iftiralara uymayacaq. Erməni kilsəsi bu gün xarici havadarlarının sifarişi ilə işləyir. Əgər kilsə mövqeyini dəyişərsə, II Qaregini dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik”.
Erməni kilsəsi bu ölkənin daxili və xarici siyasətində mühüm rol oynaya bilir. Bu, xüsusilə dinin ictimai rəyə təsir edən ciddi güc olması ilə bağlıdır.
Bu baxımdan deyə bilərik ki, Ermənistanda revanşist əhval- ruhiyyənin yenidən baş qaldırmasında kilsə mühüm təsir imkanına malikdir. Ümumiyyətlə, ll Qaregin zaman- zaman Ermənistanın Azərbaycana qarşı destrukriv mövqe sərgiləməsində əhəmiyyətli rol oynayır.
Əgər Ermənistan hakimiyyəti, Azərbaycanla münasibətlərin normallaşmasında həqiqətən, səmimidirsə, onda dağıdıcı ünsürlərin, o cümlədən kilsənin proseslərə müdaxilə imkanının qarşısını almalıdır. Bu isə görünmür. Əksinə, kilsənin Ermənistan cəmiyyəti və hətta siyasətindəki rolu göstərir ki, hakimiyyət ll Qareginin fəaliyyətinə nəinki göz yumur, həm də, ola bilsin, şərait yaradır. Beləliklə, mümkündür ki, baş nazir Nikol Paşinyan öz istəklərini kilsə vasitəsilə həyata keçirir.
Ermənistandakı kilsənin mövqeyinin yaxın vaxtda dəyişəcəyi ağlabatan görünmür. Çünki bu, uzun illər ərzində formalaşmış stereotipdir.
Amma Ermənistan dini liderinin Azərbaycanda təşkil olunacaq tədbirə dəvəti mümkündür. Bu, perspektivdə xalqlar arasında düşmənçilik ideyalarının aradan qalxmasına və münasibətlərin normallaşmasına töhfə verə bilər.
Kənan Novruzov, “Report” İA-nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir