KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Bu ssenari reallaşsa, sülhməramlılar Qarabağdan çıxacaq, əks halda

Kənan Novruzov: Bu ssenari reallaşsa, sülhməramlılar Qarabağdan çıxacaq, əks halda

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
105 0

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Moskva və Bakı sentyabrda antiterror tədbirləri nəticəsində vəziyyətin dəyişməsindən sonra Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ regionunda yerləşməsi ilə bağlı bütün məsələləri nəzərdən keçirir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında imzaladıqları üçtərəfli bəyanata əsasən, Rusiyanın sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

M.Qaluzin Azərbaycanın sentyabrda antiterror tədbirləri həyata keçirməsindən sonra regionda vəziyyətin dəyişməsinə baxmayaraq, üçtərəfli bəyanatın qüvvədə qaldığını xüsusilə vurğulayıb:
“Bu sənəd ləğv edilməyib. Sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabrına qədər, bu müddətin daha da uzadılması imkanı ilə bölgədə qalması nəzərdə tutulur”.

M. Qaluzinin açıqlamasında diqqət çəkən əsas məqamlardan biri antiterror tədbirlərindən sonra regionda vəziyyətin dəyişməsidir. Sözsüz ki, vəziyyət rəsmi Bakının xeyrinə dəyişib. Antiterror tədbirləri nəticəsində əldə olunan nəticə Azərbaycanın əlini daha da gücləndirdi.
Antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimiz tam təmin olundu. Artıq rəsmi Bakı bütöv Qarabağa nəzarət edir. Bu isə o deməkdir ki, daha ərazidə sülhməramlılara ehtiyac yoxdur. Çünki orada separatçı da qalmayıb.

İkinci bir tərəfdən nazir müavini bu məsələnin Azərbaycanla müzakirə olunduğunu bildirib. Bu, o deməkdir ki, sülhməramlıların Qarabağdakı mövcudluğu məsələsində Ermənistan daha tərəf deyil. Ola bilməz. Çünki Qarabağ Azərbaycan ərazisidir və orada Bakının suverenliyi tam təmin olunub. Qaluzin məhz bunu ifadə edib.

Məlum olduğu kimi, sülhməramlıların Qarabağda qalmaq müddəti 2025-ci ildə başa çatmalıdır. Bunun təmin olunması üçün rəsmi Bakı indidən işə başlamalıdır. Məsələ ondan ibarətdir ki, Moskva Qarabağdan çıxmaq istəməyəcək. Çünki sülhməramlıların Qarabağdakı mövcudluğu həm də Kremlin Cənubi Qafqazdakı mövcudluğunun təmin olunması deməkdir. Moskva sülhməramlılarının mandatının uzadılması üçün bütün variantlardan istifadə etməyə hazırdır.

Əlbəttə, sülhməramlıların Qarabağdan çıxma məsələsi həm də xeyli dərəcədə Ukraynadakı müharibənin gedişindən asılıdır. Əgər o zamana qədər Ukraynada müharibə davam edərsə, ola bilsin, Rusiyanın şəxsi heyətə ehtiyacı olacaq. Bu isə perspektivdə Qarabağdakı rus hərbçilərinin Ukraynaya göndərilməsi ilə nəticələnə bilər.

Hərçənd bunun əksi də mümkündür: Rusiya müharibədə qalib gələrsə, onda qonşu ərazilərdə, o cümlədən Cənubi Qafqazda təsir dairəsini artırmağa çalışacaq. Bu da o deməkdir ki, Moskva Qarabağdan çıxmamaqda israr edəcək.

Dediyimiz kimi, Azərbaycan indidən çalışmalıdır ki, sülhməramlıların Qarabağdakı fəaliyyət müddəti uzadılmasın. Bunun üçün Moskva ilə münasibətlərə xüsusi diqqət yetirilməlidir.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir