KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Azərbaycan bu tarixdə dünyadakı geosiyasi konyunkturanı dəyişəcək

Kənan Novruzov: Azərbaycan bu tarixdə dünyadakı geosiyasi konyunkturanı dəyişəcək

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
92 0

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. O, bu barədə “Tvnet”ə müsahibəsində danışıb.
Nazir söyləyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.
A.Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: “Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”.
Zəngəzur dəhlizinin açılması əslində artıq nəinki region, həm də qlobal xarakter daşıyır. Çünki Zəngəzur dəhlizinin açılmasında təkcə region ölkələri maraqlı deyil. Əlbəttə, Avropa da bu layihədən ciddi divident əldə edəcək.
Zəngəzur dəhlizinin açılması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Məsələ ondan ibarətdir ki, hər şeydən əvvəl Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin təmin olunması üçün münbit şərait yaranacaq. İkincisi, türk dünyasının birləşməsinə təkan veriləcək. Üçüncüsü, Cənubi və Türk dünyası ilə Avropa arasında ticarət əlaqələri güclənəcək. Bu isə öz-özlüyündə siyasi kataklizmlərin azalmasına töhfə verə bilər. Çünki artıq iqtisadi maraqlar, əməkdaşlıq ön plana çıxacaq.
İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, sözsüz ki, həm də Zəngəzur dəhlizi məsələsinə töhfə oldu. Nəzərə almaq lazımdır ki, son vaxtlaradək Zəngəzur dəhlizinin açılmasına mane olan əsas məqam Ermənistanın destruktiv mövqeyi idi. Amma son zamanlar, xüsusilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması fonunda qarşı tərəfin ritorikasında yumşalmalar var. Bu isə özünü həm də Zəngəzur dəhlizinin açılmasında göstərir.
Əlbəttə, İrəvan Zəngəzur dəhlizinin açılmasına birdən – birə razı olmayacaq. Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Həmçinin Tehran da hələ bu məsələdə birmənalı mövqe ortaya qoyub. Amma Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.
Əlbəttə, Zəngəzur dəhlizi açılacaq. Bunun alternativi yoxdur. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin istifadəyə verilməsi həm də A. Uraloğlunun proqnozunu verdiyi Zəngəzur dəhlizi layihəsinin tamamilə həllinə xidmət edəcək.
Əgər A. Uraloğlunun proqnozu gerçəkləşər və 2028-ci ildə Zəngəzur dəhlizi layihəsi tamamilə həyata keçirilərsə, onda dünyanın geosiyasi konyunkturasında tamamilə yeni mənzərə yaranacaq. O zamana qədər isə addım-addım işləmək, lazımi şəraitin təmin olunmasına çalışmaq lazımdır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir