KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ yenə oyun qurdu: Ermənistan qurbandır, Rusiya və İran isə…

Kənan Novruzov: ABŞ yenə oyun qurdu: Ermənistan qurbandır, Rusiya və İran isə…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
127 0

Dünən, sentyabrın 14-də İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Danışıq çərçivəsində Əmir Abdullahian Ermənistan və ABŞ-nin keçirdiyi hərbi təlimə diqqət çəkərək bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayıb.
ABŞ-la birgə hərbi təlimlərin Ermənistanın digər müttəfiqlərini qıcıqlandırcağı gözlənilən idi. Rusiya artıq məsələyə münasibət bildirib. İran da təxminən eyni mövqeyi ortaya qoydu. Məsələ ondan ibarətdir ki, həm Moskva, həm də Tehran Vaşinqtonla rəqibdir. Hər üç dövlət Cənubi Qafqazdakı mövqelərini gücləndirmək üçün İrəvandan istifadə edirlər.
Əvvəl də dediyimiz kimi, hərbi təlimlər əslində simvolik xarakter daşıyırdı. Reallıq bundan ibarətdir ki, Ermənistan ordusu ABŞ-la birgə hərbi təlim keçirmək səviyyəsində deyil. Sadəcə olaraq, ABŞ yenə öz oyununu oynadı…
Birgə təlimlərdə məqsəd əslində İrəvanı Tehran və Moskvadan uzaqlaşdırmaq idi. Və görünür, Vaşinqton məqsədinə çatdı. Bundan sonra Rusiya və İran daha Ermənistana güvənə bilməyəcək. ABŞ-ın istədiyi də məhz bu idi.
Gələcəkdə Rusiya və İranın Ermənistana münasibətinin daha da pisləşəcəyi gözlənilir. Bu isə öz növbəsində həmin dövlətlərinin regiondakı mövqelərinin zəifləməsinə və bununla paralel olaraq ABŞ-ın regiondakı təsir dairəsinin güclənməsi ilə nəticələnə bilər.
Əslində Ermənistan ABŞ kimi İran və Rusiyaya da lazımdır. Nə Tehran, nə də Moskva İrəvanla münasibətlərin pisləşməsini istəməz. Çünki hər iki tərəf zaman- zaman məhz Ermənistan vasitəsilə öz maraqlarını həyata keçirir. Buna baxmayaraq, düşünmək olar ki, Ermənistanın bu dövlətlərdən uzaqlaşması fonunda tərəflər arasında münasibətlər mənfi tendensiya ilə inkişaf etməkdə davam edəcək.
Ermənistan özü də Rusiya və İrandan uzaqlaşmaq istəmir. Çünki indiyədək yeri gəldikcə onların dəstəyindən yararlanırdı. Üstəgəl, İrəvan iki böyük qonşusu ilə düşmən olmaq istəməz. Amma Vaşinqton ciddi oyun oynayır.
ABŞ bundan sonra da müxtəlif şirnikləndirici metodlarla Ermənistanı öz tərəfinə çəkməyə çalışacaq.
Əlbəttə, bütün bu proseslərdə baş nazir Nikol Paşinyanın Qərbyönümlü siyasətçi olduğunu da unutmamalıyıq. Daha dəqiq desək, o, məhz Qərbin layihəsidir. Hakimiyyətdə yenə Rusiyapərəst Robert Köçəryan, Serj Sarkisyan olsa idi daha fərqli geosiyasi mənzərənin şahidi ola bilərdik.
Beləliklə, regionda çox ciddi geosiyasi oyun gedir. Ermənistan isə bu oyunların qurbanıdır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir