KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ Ukraynanı tək qoyur?: Əsl sürpriz qarşıdadır

Kənan Novruzov: ABŞ Ukraynanı tək qoyur?: Əsl sürpriz qarşıdadır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
152 0

ABŞ-ın “NBC nyus” nəşrinin yazdığına görə, ABŞ və Avropa İttifaqının nümayəndələri Ukraynada sülh imkanlarını müzakirə etməyə başlayıblar.

Bildirilib ki, müzakirələr zamanı Ukraynanın nələrdən imtina etməsi məsələsi barədə fikir mübadiləsi aparılıb.

Nəşrin yazdığına görə, buna səbəb ABŞ və Aİ müharibənin dalana dirənməsi barədə qənaəti, həmçinin, Ukraynaya yardımın davam etdirilməsi barədə şübhələridir.

Qeyd olunub ki, ABŞ hökuməti İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Ukraynadakı müharibəyə ictimai diqqətin azalmasından narahatdır: “Bu, Ukraynaya dəstəyin azalmasına səbəb ola bilər. Sülh danışıqları ilə bağlı aktiv danışıqlara ehtiyac var. Amma bu, ilin sonuna qədər çəkə və ya daha çox vaxt ala bilər”.

İddiaya görə, Qərbin Ukraynaya dəstəyinin azalmasına baxmayaraq, ABŞ Prezidenti Cozef Bayden hələ də rəsmi Kiyevin qələbəsinə ümid edir.

Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü təmin olunmadan danışıqlar olmayacaq.

Şərqi Avropada vəziyyət kifayət qədər mürəkkəbdir. Son aylar tərəflərdən heç biri ciddi uğur əldə edə bilməyib. Müharibənin inkişafı istiqamətində hansısa dəyişiklik yoxdur. Bu, o deməkdir ki, bir çox ekspertin düşündüyü kimi, savaş, doğrudan da, dalana dirənib.

Davam edən müharibənin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Amma döyüşlərin təxminən birinci ilindən sonra bir çox ekspertin iddia etdiyi əsas ssenari Ukraynanın Rusiya ilə Qərb arasında parçalanmasıdır. Bir çoxu düşünür ki, Rusiya ilə Qərb arasında gizli razılaşma var. Əslində bu ehtimal getdikcə artır.

Məsələ ondadır ki, proseslərin “dirijoru” Ağ Evdir. Əsas məsələ rəsmi Vaşinqtonun Şərqi Avropa ilə bağlı maraqlarının təmin olunmasıdır.

İkinci bir tərəfdən, Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ-ın, həqiqətən, çətin vəziyyətə düşməsi də mümkündür. Ola bilsin, iki cəbhədə mübarizə aparmaq Qərb üçün, həqiqətən, çətindir. Bu, Rusiyanın geosiyasi vəziyyətin dəyişməsinə nail olması deməkdir. Hərçənd bu, o qədər də inandırıcı görünmür.

Əlbəttə, bu cür iddiaların sadəcə informasiya müharibəsinin bir hissəsi olması, manipulyasiya cəhdi olması da mümkündür. Bu ehtimalə heç vaxt tam istisna etmək olmaz.

Amma görünən odur ki, əsl sürpriz hələ qarşıdadır…

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir