Ərəb dünyası bütövlükdə müharibəyə qoşulmalı olacaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Nura əl-Kaabi deyib ki, Yaxın Şərqdə daha geniş müharibə başlana bilər. O, BƏƏ regionda atəşkəsi təmin etmək üçün səylə çalışır: “Biz bu müharibəni dayandırmağa çalışırıq. Amma döyüşlərin regiona yayılması riski realdır”.
Məlum olduğu kimi, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.
Daha əvvəl ayrı- ayrı dövlətlər də HƏMAS-la İsrail arasında toqquşmanın regional müharibəyə çevrilməsi barədə xəbərdarlıq edib.
Əvvəl də dediyimiz kimi, Yaxın Şərqdəki savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, müharibənin miqyası getdikcə böyüyəcək. Proseslərin inkişafı və səslənən bəyanatlar belə qənaətə gəlməyə əsas verir.
Məsələ bundadır ki, Yaxın Şərqdəki müharibənin iki iştirakçısı olsa da, əslində proseslərdə maraqlı olan daha çox tərəf var. Yaxın Şərqlə bağlı ABŞ-ın, Fransanın, Rusiyanın, İranın və hətta Türkiyənin öz maraqları var.
Hazırda dünyada proksi müharibə gedir: böyük güclər təsir göstərə bildikləri aktorlardan istifadə edərək müxtəlif regionlarda öz maraqlarını təmin etməyə çalışırlar. Amma bu proses müvəqqətidir. Əgər döyüşlər ən qısa vaxtda dayanmasa, bir müddətdən sonra ayrı-ayrı dövlətlər öz mövqelərini ortaya qoyacaqlar. Artıq tərəfsizliyə imkan olmayacaq. Həmçinin bir müddətdən sonra hazırda “səhnəarxasında” olan böyük aktorlar prosesə birbaşa müdaxilə edəcəklər.
Görünən odur ki, ərəb liqası artıq hədəfdədir. Hazırda davam edən proseslərin sadəcə Fələstinlə yekunlaşacağını düşünmürəm. Livan artıq birbaşa olmasa da, bilavasitə müharibəyə qoşulub. Çox güman, bu prosesin davamı da gələcək. Bu, hazırkı anda bir az utopik görünsə də, gələcəkdə Misirin də müharibəyə qoşulması qətiyyən istisna deyil. Çünki regionu “qaynaq qazana” çevirmək istəyənlər var.
Əgər proseslər belə davam edərsə, ən geci bir neçə aya Yaxın Şərqdəki tamamilə başqa vəziyyət yaranacaq: ərəb dünyası bütövlükdə müharibəyə qoşulmalı olacaq.
Kənan Novruzov
Kənan Novruzov: Yaxın Şərqdə vəziyyət qarışır
227 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.