KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır: Müharibə başlasa…

Kənan Novruzov: Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır: Müharibə başlasa…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
188 0

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Bu barədə hökumətin dünən keçirilən iclasında qərar qəbul olunub.
Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək.
Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.
Adətən bu cür təlimləri Müdafiə Nazirliyi elan edir. Amma indi hökumətin iclasında xüsusi qərarın qəbul edilməsi diqqət çəkir.
Təqribən bir ay davam edəcək təlimlərdə kifayət qədər hərbçi iştirak edəcək.
Məlum olduğu kimi, son zamanlar Ermənistan yenidən təxribatlarını intensivləşdirib. Xüsusilə İran və Hindistanla əməkdaşlıq Ermənistanın yeni müharibəyə hazırlaşdığına dair ehtimalları artırır. Bir çox ekspertin fikrincə, Tehran İrəvanı Bakı ilə toqquşmaya təhrik edir.
Ermənistan rəsmilərinin, o cümlədən Baş nazir Nikol Paşinyanın səsləndirdiyi ittihamlar da bu dövlətin müharibəyə hazırlaşdığına dair ehtimalları artırır. Elə isə təlimlər ehtimal edilən savaşla bağlıdırmı? Fikrimcə, yox.
Öncə onu deyək ki, bu cür təlimlər intensiv olaraq bir çox ölkələrdə, o cümlədən də Ermənistanda keçirilir. Yəni, ola bilsin, hazırlıqlar sadəcə yoxlama xarakterlidir və formal xarakter daşıyır. Bu mənada ehtiyatda olanların təlimə cəlb olunmasını ancaq müharibəyə hazırlıq kimi qiymətləndirmək doğru olmaz. Əlbəttə, regional siyasətində birmənalı xətt tutmayan və müharibə ehtimalı yüksək olan dövlətlər ordunun hazır vəziyyətdə olmasından əmin olmalıdırlar.
İkinci bir tərəfdən, Ermənistan hərbi – siyasi rəhbərliyi, bəlkə də, qonşu dövlətlərə hansısa mesaj vermək niyyətindədir. Hərçənd bunun effektiv olduğunu düşünmürəm. Ermənistanda ehtiyatda olan hərbçilərin təlimə cəlb etməklə heç bir qonşusunu, eləcə də Azərbaycanı qorxuda bilməz.
Dediyimiz kimi, təlimlərin birbaşa müharibəyə hazırlıq olduğunu düşünmürəm. Çünki Ermənistan, yəqin, başa düşür ki, belə bir eskakasiya onun üçün ağır nəticələrə səbəb ola bilər. Buna baxmayaraq, Ermənistanın təxribatlarını intensivləşdirməsi, sülh müqaviləsindən yayınmaq üçün yeni provokasiyalar həyata keçirməsi mümkündür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir