KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Azerbaycan İranlı diplomatları kovdu savaş riski artıyor

Fuad Gahramanlı: Azerbaycan İranlı diplomatları kovdu savaş riski artıyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
210 0

Azərbaycan İran diplomatların qovdu.

Hərbi münaqişə riski artmaqdadır.

İran səfirliyinin 4 əməkdaşı Azərbaycandan qovuldu. Aprelin 6-sı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq səfirliyun 4 nəfər əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi onun diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Bu İranla Azərbaycan arasında yeni bir diplomatik gərginliyin yaranması deməkdir. Çox böyük ehtimalla İran səfirliyinin əməkdaşları Azərbaycan ərazisində casusluq fəaliyyətində şübhəli bilindikləri və ölkənin daxili işlərinə qarışdlqları üçün qovulublar. Diplomatik praktikada adətən bu cür addımlara qarşı tərəf də eyni xarakterli reaksiya verir. İndi çox güman ki, Azərbaycanın Təbrizdıki konsulluğunun əməkdaşları ilə bağlı İran anoloji addımı atacaq.

Son zamanlar baş verən hadisələr iki ölkə arasında münasibətlərin daha da gərginləşərək təhlükəli məcraya doğru getdiyini göstərir.
Dünən İran Parlamenti Azərbaycanı hədələyən qərəzli qətnamə qəbul edib. Ondan öncə isə İran quru qoşunları komandanı Azərbaycanda İŞİD terror qruplaşmasının və İsrail hərbiçilərinin olduğunu demişdi. Buna cavab olaraq da Azərbaycan Müdafiə Nazirliyi İranın özünü terrorçu dövlət adlandırıb.
Bu təkcə son bir neçə günün xronikasıdır.

Bəs nə olacaq? Belə gedərsə məsələ diplomat və hərbiçilərini söz atışmasından kənara çıxa və iki ölkənin sərhəddində hərbi toqquşmalar baş verə bilər. Vəziyyət son dərəcə təhlükəli həddə qədər gərginləşib və artıq Azərbaycanın milli təhlükəsizliyi ciddi təhdid qarşısındadır. Azərbaycan dövləti məsələnin hərbi müstəvidə qarşıdurmaya keçməməsi üçün diplomatiyanın bütün imkanlarlndan və beynəlxalq aləmin səyləridən istifadə etməyə çalışmalıdır. İran dövlətinin aqressiv mövqeyini nəzərə alaraq eyni zamanda bütün variantlara da hazır olmaq gərəkdir. Açıq şəkildə görünür ki, İran Azərbaycana qarşı hərbi təxribatlar üçün zəmin yaratmağa çalışır.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir