KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Çin Rusiyanın yeni silah tədarükçüsü rolunda çıxış edə bilər

Kənan Novruzov: Çin Rusiyanın yeni silah tədarükçüsü rolunda çıxış edə bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
205 0

Britaniya kəşfiyyat xidmətinin məlumatına görə, Rusiyanın İran istehsallı PUA-ları tükənib. Məlumatda bildirilib ki, fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava aparatlarından (PUA) istifadə etməsi ilə bağlı heç bir məlumat verilməyib.
Kəşfiyyat Xidməti bildirib ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü il yanvarın sonu və fevralın əvvəlləri arasında ən azı 24 Şahed-136 PUA-sını vurub: “PUA-lardan istifadənin olmaması, ehtimal ki, Rusiyanın hazırkı ehtiyatının tükəndiyini göstərir. Rusiya, yəqin ki, tədarük axtaracaq”.
Müxtəlif ölkələrin kəşfiyyat xidmətləri, həmçinin ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu daha əvvəl bir neçə dəfə bildirib ki, Rusiyanın texnikası tükənir. Görünür, bu böhran həm də “Şahed”lərə aiddir.
Maraqlı məqam ondan ibarətdir ki, son vaxtlar Ukrayna tərəfi də “Şahed”lərin hücumu və həmin PUA-ların vurulmasına dair məlumat yaymır. Bu, Britaniya kəşfiyyatının yaydığı məlumatın həqiqiliyi ilə bağlı ehtimalları artırır. Əslində, əlbəttə, PUA-ların tez-gec tükənəcəyi gözlənilən idi.
Bu günlərdə yayılan başqa bir məlumata görə, Çinin Rusiyaya silahlar, o cümlədən PUA-lar verməsinə dair tərəflər arasında danışıqlar gedir. Ümümiyyətlə, Pekin son vaxtlar müharibə ilə bağlı xüsusi fəallıq göstərir. Çin Ukraynadakı savaşda sülh əldə olunmasə barədə model təklif edib. Hərçənd, çoxlarına məlumdur ki, Çin Ukrayna məsələsində obyektiv ola bilməz. Çünki Pekin Moskvanın əsas tərəfdaşlarından biridir.
İranda davam edən aksiyalar bu dövlətin Rusiyaya yardım imkanlarına mənfi təsir edir. Bu mənada Rusiyanın özünə alternativ silah tədarükçüsü axtarışına çıxması məntiqlidir. Çox güman ki, yaxın gələcəkdə Çinin Rusiyaya silah göndərməsinə dair məlumat yayılacaq. İstisna deyil ki, Pekin Tehranın missiyasını davam etdirməyə başlayacaq. Bu isə Qərblə Çin arasında qarşıdurmanın yeni mərhələsinin başlanması ilə nəticələnə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir