KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İran xalqı niyə küçələrə çıxıb? – Əhali nəyi tələb edir?

İran xalqı niyə küçələrə çıxıb? – Əhali nəyi tələb edir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
324 0

İran xalqı niyə küçələrə çıxıb? – Əhali nəyi tələb edir? – VİDEO – FOTOLAR
İranda Cümə namazından sonra ölkəni bürüyən etiraz aksiyaları dünyaya əks-səda verib.

Kolgemedia.az xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Məşhəddə cümə günü küçəyə çıxan əhaliyə dəstək verənlərin sayı çoxalıb.

Amerikanın Associated Press (AP) xəbər agentliyi paytaxt Tehranda da aksiya keçirildiyini və bir neçə nəfərin həbsə atıldığını bildirib.

Müxaliflər 12 şəhərdə aksiya keçirib. Təbriz, Raşt, qərbdə İsfahan, Həmadan və İraq sərhədindəki Kirmanşada da millət ayağa qalxıb. Kirmanşahda küçəyə çıxanlar “Ölüm, ya azadlıq”, Fələstindən əl çək, bizi düşü” kimi şüarlar səsləndirib.
Sosial mediaya əks olunan görüntülərə digər şüarlar isə “Mollalara yox”, “Diktatora ölüm və Ruhaniyə ölüm” olub.

Müxaliflər əlində tutduğu ağ simvolla tək duran qadın etirazçının həbs edildiyinə də etiraz edib.

BBC ölkədə 2009-ci ildən bəri ilk dəfə bu miqyasda böyük mitinqlər olduğunu bildirir.

Ölkə xaricində yaşayan İranlılar da mitinqlərə dəstək verib. Almaniya və Belçikada iranlılar İran səfirliyi qarşısında toplaşıblar.

Əzəli düşməni Səudiyyə Ərəbistanı ilə Yaxın Şərqdə mübarizəyə qoşulan, Suriya və İraqda qalib olan İran hazırda Yəməndə Şiə Husillərə dəstək verir. 3 ildir ki, Səudiyyə Ərəbistanının koalisiyası Husilərə hava hücumları təşkil edir.

Dünyanın ən qapalı rejimlərindən birinə malik ölkənin iqtisadiyyatında böhran müşahidə edilir.

3 milyon 200 min işsizin olduğu İranda bəzi ərzaqların qiymətləri son dövrdə təxminən 50 faiz artıb.
Vüsalə, Kolgemedia.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir