Türk Düşmanı Dedaj’a, ödül gibi atama”

Mesut Barzani hangi partiye destek için Türkiye’ye geldi?

İran Suriye bataklığında ne yapıyor?

Hollanda Türkiye’ ye neden saldırdı?

Hasan Oktay: “Türkiyənin Azərbaycana diplomatik sahədə gözləniləndən daha böyük dəstək olmaq imkanı var”

Azerbaycan, Türkiye 7 Nisan 2016
933

Hasan Oktay: “Türkiyənin Azərbaycana diplomatik sahədə gözləniləndən daha böyük dəstək olmaq imkanı var”
10561802_10153265574507375_3178343235061588344_n
Aprelin 2-dən başlayaraq ermənilərin müxtəlif istiqamətlərdən təxribat xarakterli hərəkətlərə əl ataraq Azərbaycan mövqelərinə doğru irəliləmə cəhdi cəbhə xəttində gərginliyin artmasına səbəb oldu. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hücum cəhdinin qarşısını alması ilə Qarabağda aktiv hərbi əməliyyatlar başladı. Silahlı Qüvvələrimizin əks hücumu nəticəsində uzun illər işğal altında saxlanılan bir neçə yaşayış məntəqəsi azad edildi. Azərbaycan ordusunun əldə etdiyi uğurlar Azərbaycanın dost, müttəfiqi olan ölkələri tərəfindən diqqətlə izlənilməkdədir. Eləcə də qardaş Türkiyədə də cəbhə xəttində baş verən proseslər həyəcanla izlənilir. Elə Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKAZSAAM) sədri Hasan Oktayla söhbətimizdə də son günlər təmas xəttində yaşanan hadisələr və Azərbaycanın Silahlı Qüvvələrinin əldə etdiyi uğurlardan danışdıq. Mərkəz rəhbəri Türk xalqının bu proseslərə olan münasibətindən də söz açıb.

-Hasan bəy, Azərbaycan-Ermənistan təmas xəttində yaşanan son olaylar Türkiyədə necə dəyərləndirilir və məlum hadisələrə yanaşma necədir?

-Aprel ayının ilk günlərində işğal altında olan Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında baş verən hərbi qarşıdurma Türkiyədə yaxından təqib edilməkdədir. Qarabağda meydana gələn döyüşlərdə şəhid olan Azərbaycan əsgərləri ilə Türkiyədə PKK terror təşkilatı ilə döyüşdə şəhid olan Türkiyə polisi və əsgəri eyni hesab edilir. Türk xalqının dualarında Azərbaycan əsgəri də yer alır. Türkiyə Dağlıq Qarabağı Azərbaycan əraziləri olaraq görür və ermənilərin burada işğalçı olduğunu qəbul edir.

-Əgər hərbi əməliyyatlar davam edərsə, Türkiyə Azərbaycana hərbi yardım edə bilərmi?

-Savaşın davam etməsi hazırda müzakirə mövzusu deyil. Problemin həlli istiqamətində savaş deyil, diplomatiya ön planda olmalıdır. Son qarşıdurmanın Birləşmiş Ştatlarda baş tutan Nüvə Təhlükəsizliyi Sammitindən dərhal sonraya təsadüf etməsi də diqqət çəkicidir. Birləşmiş Ştatlar prezidenti Barak Obama həmin zirvə ilə ciddi bir xarizma qazandı. Hesab edirəm ki, Rusiya Ağ Ev rəhbəri Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sərkisyan üzərində bir həmlə həyata keçirməsini əngəlləmək üçün erməniləri cəbhə xəttində hərəkətə keçirdi. Azərbaycan isə bu vəziyyətdən istifadə edərək işgal altındaki torpaqlarından bir qismini azad etmiş oldu. Əgər savaş davam edərsə sadəcə Türkiyə deyil, bütün Türk dünyasının Azərbaycana yardım edəcəyi gözlənilir. Türkiyənin Azərbaycana diplomatik sahədə gözləniləndən daha böyük dəstək olmaq imkanı vardır. Qarabağ məsələsi sülh yolu ilə həll olunmalıdır. Bu regional təhlükəsizlik üçün də vacibdir. İstənilən problemin həllində savaş son çarədir.

-Azərbaycanın təktərəfli qaydada atəşkəsə əməl etməsi ermənilər üçün yeni imkanlar yaratmayacaq?

-Düşünürəm ki, müharibə son çarə olduğu üçün Azərbaycan atəşkəsə birtərəfli qaydada əməl edəcəyini bəyanlayıb. Məncə, təmas xəttində baş verən son proseslər Dağlıq Qarabağ problemini yenidən dünyanın diqqət mərkəzinə çevirmiş oldu. Bununla həm də Azərbaycan dünyanın qərarverici bütün orqanlarını hərəkətə keçirmək fürsəti əldə etdi. Bu fürsəti yaxşı dəyərləndirmək lazımdır. Rusiya Qarabağ məsələsində Birləşmiş Ştatların aktiv rol oynaya biləcəyindən ciddi narahatdır. Hesab edirəm ki, Rusiya Qarabağ probleminin həlli ilə bağlı məsələdə Azərbaycanın tələblərinə qulaq asmalı, həmin tələbləri dinləməlidir.

-Dünya dövlətlərinin son proseslərə dərhal reaksiya verib tərəfləri atəşkəsə səsləməsi onu deməyə əsas verirmi ki, bundan sonra beynəlxalq birliyin Qarabağ probleminə diqqəti artacaq?

-Artıq Qarabağ dünya ictimaiyyətinin əsas diqqət mərkəzinə çevrilmiş olub. İndiki halda media və diplomatiya dövriyyəyə girməlidir. Başda BMT olmaqla Rusiya, Amerika, Fransa Azərbaycan və Ermənistanın iştirakı ilə Qarabağda problemin həlli ilə bağlı yol axtarmalıdır. Rusiyanın 1992-1994-cü illərdə Qarabağ məsələsində həyata keçirdiyi siyasəti anlamayan Qərb dünyası hazırda bu siyasətin Ukraynada tətbiq olunması ilə qarşı qarşıyadır. Qərb Qarabağda yol verdiyi xətanın cəzasını Ukraynada çox pis ödəyib. Azərbaycan da bundan sonra artıq diplomatiya yolunda daha çox çalışacaq. Bu Ermənistan Qarabağ məsələsini bir milli refleks içində dəyərləndirərək iqtisadi sahədə böyük sıxıntılar yaşamaqdadır. Dağlıq Qarabağın Ermənistan dövləti, iqtisadiyyatına yük olduğu hər keçən gün daha çox hiss edilməkdədir. fazla ağırlaşmaktadır. Bundan sonra da Ermənistan Qarabağ məsələsi üzündən dərin böhran, çətinliklər yaşayacaq. Çünki bu gün Ermənistan özünü belə saxlamaq iqtidarında deyil. Ona görə də Ermənistan Dağlıq Qarabağdan birdəfəlik çəkilməli və işğal edilmiş Azərbaycan əraziləri boşaldılmalıdır. Əgər bu diplomatik yolla mümkün olmayacaqsa, o zaman Qarabağ savaş yoluyla işğaldan azad ediləcək. Qarabağın bu günkü statussuz statusu belə davam edə bilməz və mütləq problemin həlli üçün çözüm tapılmalıdır.

Süleyman İsmayılbəyli
http://olaylar.az/news/interview/170142

Yorumlar