KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI

Hasan Oktay: Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
16 0

Rusiya ordusunun sülhməramlıları Qarabağı tərk etməkdədir. Vaxtından əvvəl regionu tərk edən rus qoşunları Rusiyanın regiondakı həqiqi maraqları haqqında müxtəlif fikirlər yaradıb.

Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının arxa planında nə dayana bilər? Qarabağı tərk etmələri Azərbaycanın növbəti uğuru kimi hesab etmək olar?

Bu barədə Ednews-a türkiyəli politoloq Hasan Oktay bildirdi ki, Azərbaycanın işğal altında olan 7 rayonunu azad etmək üçün başlatdığı əməliyyat nəticəsində noyabrın 10-da Moskva işə qarışaraq atəşkəs razılaşmasına nail olub. Rusiya Qarabağı qorumaq üçün Laçın dəhlizini açıb mümkün qədər buradan keçərək nəzarətdə saxlamaq istəyirdi:

“Buna nail olmaq üçün təkcə sülhməramlı qüvvə adı altında 1960 rus sülhməramlısını Qarabağa yerləşdirdi. Rusiya Ermənistanla Azərbaycan arasında münaqişələrin nəzarətli şəkildə davam etməsini istəyirdi ki, bu əsgərlər bölgədə qalsın. Ukrayna böhranı gündəmə gəldi, Azərbaycan Laçın dəhlizinə nəzarət etmək istəyib və bunun üçün silsilə mülki fəaliyyətlər həyata keçirib. Sonra da Paşinyan tərəfi bildirib ki, bu, Rusiya ilə Azərbaycan arasında problemdir, Azərbaycan və Ermənistan Qarabağda kiçik bir problem olandan sonra bunu deyən kimi dərhal məsələyə Putin qarşı çıxdı və dedi ki, Qarabağda status dəyişib, sonra Azərbaycan Qarabağı öz ərazisinə birləşdirib. Lakin Moskva atəşkəs razılaşmasına uyğun olaraq Qarabağda məskunlaşan rus əsgərlərinin artıq bölgədə olması üçün heç bir əsas qalmayıb. Sırf əsgərlərin bölgədə qalmasını təmin etmək üçün Rusiya vaxtaşırı Ermənistanla Azərbaycan arasında münaqişələrə dəstək verirdi. Lakin bu münaqişələrin dayandırılması və Türkiyə-Ermənistan-Azərbaycan sülh müqaviləsi üçün zəmin formalaşması İsrail-İran böhranı qaçılmaz olaraq Rusiyanı bölgədən çəkilməyə məcbur etdi”.

H.Oktay qeyd etdi ki, beynəlxalq hüquqa görə, Moskva müqaviləsi artıq qüvvədə deyil. Digər tərəfdən, Azərbaycan və Rusiya kollektiv təhlükəsizlik təşkilatına daxil olmaq üzrə sazişə doğru irəliləyirlər:

“Baxmayaraq ki, Azərbaycanın müstəqil dövlət kimi bütün növ ittifaqlara girmək hüququ var. Lakin bu, iki ölkə arasındakı problemlərin həlli üçün prioritetdir. Yəni Ermənistan və Azərbaycanın kollektiv təhlükəsizlik təşkilatında sülh içində olması üçün ilk növbədə bu sülhü öz aralarında sınaqdan keçirməlidirlər. Bu nöqtədə Türkiyə-Ermənistan-Azərbaycan sülhü təcili olaraq işə düşməlidir.

Rusiya qoşunlarını çıxardıqdan sonra Azərbaycanın kollektiv təhlükəsizlik təşkilatını götürə və sonra Qarabağdan köçmüş ermənilərin Ermənistana qaytarılması planını həyata keçirə bilər”.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.

Oğuz

https://ednews.net/az/news/politics/657276-rusiyanin-oz-ordusunu-qarabagdan-cixarmasinin-perdearxasi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir