Hasan Oktay: Ankara–Bakı xətti: çoxtərəfli tərəfdaşlıq nə vəd edir?
Türkiyəli politoloq Hasan Oktay isə bu addımı “Ankara–Bakı xətti” üçün çox dəyərli bir gediş kimi qiymətləndirir.

O qeyd edir ki, Trampın Qəzzanın yenidən qurulması və idarə edilməsi üçün təklif etdiyi bu alyansda Azərbaycanın olması Türkiyəyə bir neçə istiqamətdə üstünlük verir.
Diplomatik rol bölgüsü: Türkiyə Qəzza məsələsində daha sərt və tənqidi mövqe sərgilədiyi halda, Azərbaycan “konstruktiv, texniki və yenidənqurma fokuslu” bir aktor kimi çıxış edəcək.
Körpü rolu: Azərbaycanın İsrail ilə əlaqələri və Türkiyə ilə “tək millət, iki dövlət” prinsipi, Qərb və İslam dünyası arasında diplomatik balans yaradacaq.

ABŞ ilə yeni kanal: Azərbaycanın Tramp administrasiyası ilə qurduğu bu yaxın təmas, Türkiyə-ABŞ münasibətlərindəki bəzi düyünlərin açılmasına da kömək edə bilər.

Aydın olur ki, Azərbaycanın Sülh Şurasına daxil olması sadəcə bir üzvlük deyil, həm də ölkəmizin qlobal siyasi masada əsas dövlətlərdən birinə çevrilməsidir. Bakı artıq yalnız regional məsələlərdə deyil, Qəzza kimi qlobal böhranların həllində də əsas söz sahiblərindən biri olacaq. Bu isə həm Azərbaycanın, həm də müttəfiqi Türkiyənin beynəlxalq arenada strateji dərinliyini artıracaqdır.
Sahile Cabbarova
Qlobal diplomatiyada yeni güc mərkəzi: Azərbaycan Sülh Şurasının memarlarından biri kimi



Yorum gönder