KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. HƏZRƏT PEYĞƏMBƏR VƏ İSLAM VƏHDƏTİ” ADLI SEMİNAR KEÇİRİLİB

HƏZRƏT PEYĞƏMBƏR VƏ İSLAM VƏHDƏTİ” ADLI SEMİNAR KEÇİRİLİB

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
813 0

II KOSALI İSLAM MƏDRƏSƏSİNDƏ “HƏZRƏT PEYĞƏMBƏR VƏ İSLAM VƏHDƏTİ” ADLI SEMİNAR KEÇİRİLİBimage
Aprelin 30-da Hz. Məhəmməd (s.ə.s)-in doğum günü münasibəti ilə II Kosalı İslam mədrəsəsində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının və Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin birgə təşkil etdiyi “Həzrəti peyğəmbər və islam vəhdəti” adli seminar keçirilib. Mədrəsənin müəllimi Vasif Cəfərov mərasimə toplaşanlara tədbirin məramı barədə qısa məlumat verdikdən sonra sözü Bakı Dövlət İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Laçın Quliyevə verdi. L. Quliyevin Qurani Kərimdən oxuduğu ayələrdən sonra proqram açıq elan edildi.
Vasif Cəfərov qonaqlara həzrət peyğəmbərin həyatı haqqında qısa məlumat verdikdən sonra, kürsüyə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Yasın Əliyevi dəvət etdi.
Daha sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramın İgidov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Marneuli bələdiyyəsinin başçısı Nəbi Abdullayev, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev, Bakı Dövlət İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Vuqar Səmədov bu günlə bağlı ürək sözlərini dilə gətirdilər.
Tədbirin sonunda II Kosalı İslam Mədrəsəsinin müdürü Natiq Əliyev tədbir iştirakçılarının hər birinə təşəkkürünü bildirdi.
Tədbirdə Peyğəmbərə həsr olunmuş şeirlər və ilahilər də səsləndirildi.
Kafkassam gürcistan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir