Türkiye ABD krizinin Michael Flynn’la ilgisi var mı?

Ahmet GELİŞGEN: DEİZM” YOLUNA DÖŞENEN TAŞLAR!

Sevgiye açız…

Hasan Ruhani: İran halkının seçimlere olan güveni azalıyor

Həsənbala Sadıqov: Mütəfəkkirlə zaman maşınında ermənilər haqqında müsahibə

Gündem 2 Temmuz 2021
66
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

500 ildir ki, “Hökmdar “ əsəri ilə Makiavelli dünyanın gəlib getmiş hakimlrinə dərs vermişdir. Hələ bundan sonra da əbədiyyətə qədər hakimlər hakimliyi öndan öyrənəcəklər. Boş vaxtlarını böyük mütəfəkkir quş tələsi qurmaqla keçirərdi. Makiavelli cəmiyyətdə həsəd oyandıran gözəl paltarlarını küçədəki palçıqlı paltarlılarla dəyişərdi. Başqa siyasətçilərin adına çıxılsa da Makiavelli 500 il bundan əvvəl deyirdi ki, ölkənin dostu düşməni olmur, maraqları olur.
Makiavelli çox arzu edirdi ki, Lorenzo de Mediçi onun üçün yazdığı “Şahzadə” kitabını oxusun. Oxusaydı Makiavellinin yazdıqlarından hakimiyyətin qızıl qanunu ona bəlli olacaqdır. inanacaqdır ki, siyasətdə faktiki olaraq dostluq yoxdur. Siyasətdə evdə də, çöldə də müttəfiqlər dost deyillər. Bu kitabda Makiavelli Lorenzoya inandırmaq istəyirdi ki, o, siyasətdə təcrübəsi olan bir dostdur. Əntiq dövr barəsində bilikləri onu qiymətsiz bir məsləhətçi edib. Makiavelli hakimiyyət uğrunda mübarizədə və ya hakimiyyətin qorunmasında başların kəsilməsinin də vacib olduğunu əsaslandırmağa çalışırdı.
Bizim tariximizin, bəlkə də tarixi taleyimizin spesifik xüsusiyyəti ondan ibarətdir qədim tarixə malikik. Ən azı 5000 ildən başlayan dövlətçilik tarixində türklər dünyada bir ədalət sistemi qurmuşlar. Bütün zamanlarda təbəələrini və dünyanı ədalətlə idarə etmişlər. Bizim hakimlər çox maraqlıdır ki, müharibənin də əxlaq qanunları ilə aparılmasına tərəfdar olduğunu tarix qarşısında nümayiş etdirərək tarixləşmişdilər. Qardaşın qılıncının qardaşın başına enən, üz qarası olan, talehsiz Çaldıran döyüşündə müasir dildə desək hərbi ekspertlər şah babaya məsləhət bilirlər ki, “Osmanlı qüvvələri hələ Çaldırana tam heyətdə gəlib çatmamışlar. Qəfil hücum etməklə onları məğlub etmək olar” dedikdə qəzəblənir və “mən qaçaq quldur deyiləm, mən müharibəni meydanda etmək istəyirəm!” Deməli, bu babaların tarixə miras olaraq yazdıqları müharibə əxlaqı olmalıdır.

Son 200 yüz ildə isə “bir çox pisliklərin mövcud olduğu dünyada müharibə əxlaqından belə istifadə edən türklər qeyri bəşəri erməni pislikləri ilə rastlaşdı. Erməni pisliklərinə qarşı dünyanın ənənəvi metodları ilə mübarizə apara bilməzsən. Makiavelli “sən də pis olmağı bacarmağı öyrənməlisən.” deyirdi. Ermənilərin siyasəti dünyada mövcud olan insani dəyərlərdən imtina edib, mağara təfəkkürünün məhsuludur. Mağara təfəkkürlü insanlar mağaraya sahib olmaq üçün belə dünyanı dağıtmağa hazırdılar.

Bizim məktəblərdə ən kişik yaşlardan başlayaraq insanlardan dünyanın qazandığı mənəvi dəyərlərə sahib çıxmaq və qorumaq tələb olunurdu. Ola bilər ki, dünyanın diplomatik mədəniyyəti olan dövlətlərlə münasibətdə özünü doğrulda bilər. Lakin Ermənistan kimi qonşusu olan, barbar dağıdıcı, bəşər mədəniyyətinin düşməni olan mağara insanları ilə dünyanın hal hazırda qəbul etdiyi diplomatik dillə danışmaq, hər hansı fikri ona qəbul etdirmək mümkün deyil.

Erməni ilə qonşu olduğumuz müddətdə gizli və ya açıq olaraq bizə qarşı silahdan istifadə edib. Milyonlarla insanlarımızı cavabdehlikdən qaçaraq soyqırımına məruz qoyub. Erməniyə cavab vermək üçün onu anladığı “dildə” danışmaq lazımdır. Artıq etiraf etməsə də dünya gördü ki, ermənilik dünyaya dağıtmaqdan başqa heç bir şey verə bilməz. Artıq tarixçi alimlər isbat etmişlər ki, erməni terror beynəlxalq xarakterli terrordur.

Makiavelli deyirdi ki, “bir çox pisliklərin mövcud olduğu dünyada sən də pis olmağı bacarmağı öyrənməlisən. Makiavelli uzun müddət şeytanın müəllimi adlandırılıb. Pislər arasından ən yaxşıyla nəticələnəcək ən az pis olanı seçməkdir.

Bu da böyük şəxsiyyətin təmsil etdiyi millətin tarixində oynadığı rol və acınacaqlı taleyinə misallar. “Şahzada” əsəri ilə 500 ildir dünya hakimlərinə müəllimlik edən Makiavelli malikanəsinə sürgün edilir, əlləri arxadan bağlanaraq tavandan asılır.
Sokratın ölümü də dünyanın xidmət və mükafatın anaomaliyasına bir dəhşətli və izahedilməz sübutdur. Jak-Lui David tərəfindən çəkilən bu məşhur “Sokratın ölümü” rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.
Qarabağ azad edildikdən sonra mağara təfəkkürlü Ermənistan rəhbərliyi yeni taktika, əslində taktikasızlıq ortaya qoymuşdur. Terrorçu qrupları planlı şəkildə azad olunmuş ərazilərdə terror törədir. Ölüm və dağıntıların olduğu respublika və beynəlxalq sənədlərdə öz əksini tapır. Lakin Azərbaycan hərbi hissələri, sərhəd mühafizə qüvvələri fəallıq göstərib Ermənistanın ərazilərə təxribat üçün göndərdiyi qüvvələri aşkar və həbs edir. Belə olduqda mağara təfəkkürlü rəhbərlər beynəlxalq miqyasda hay küy qaldırır və əsassız olaraq iddia edir ki, “bizim hərbi əsirləri qaytarmırlar. “ Onları dəstəkləyən havadarları da “hərbi əsirləri” “terrorçulardan “fərqləndirə bilmirlər. Müharibə qurtardıqdan sonra hərbi əsir necə ola bilər? Əslində Azərbaycan vətəndaşlığını qəbul edib ölkədə yaşamaq vahid formadır. Vətəndaş itaətsizliyini terror şəkilində həyata keçirirlər.
“Şahzadə” (IL Principe), Florensiyalı (İtaliya) yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyədir. Əsl adı “De Principatibus” (Şahzadəliklər Haqqında) olub 1513-cü ildə yazılmasına baxmayaraq, 1532-ci ildə çap edilmişdir. Makiavellinin ən məşhur əsəri sayılır və daha sonra ortaya çıxan “Makiavellizm” nəzəriyyəsinin təməlini yaratmışdır.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Yorumlar