KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Həsənbala Sadıqov: Mina xəritələrinin saxtalığı- ermənilərin əbədi daşlaşmış xəyanətlrinin təzahürüdür

Həsənbala Sadıqov: Mina xəritələrinin saxtalığı- ermənilərin əbədi daşlaşmış xəyanətlrinin təzahürüdür

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
386 0

Vətən müharibəsi bitsə də, işğaldan azad edilən ərazilərimizdə hər an silah-sursat partlayışlarının olması təhlükəsi qalır. Söhbət mənfur düşmənlərin geri çəkilərkən ərazilərdə basdırdıqları mina və digər hərbi sursatdan gedir. Diplomatiya siyasətin ən yüksək zirvəsidir. Siyasət isə başdan ayağa aldatmaq elmidir. Amma diplomatiyada sözə, xüsusi ilə kapitulyasiya kimi ilə imzalanmış sənədə sadiq qalmaq əxlaqı da var. Köhnə və təzələnmiş Paşinyanlarda yenilənsə də sözünün üstündə durmaq ola bilməz.
Çox məhşur diplomatlardan biri demişdir:”bir dəfə məni aldadanda aldandımsa Allah sənə lənət eləsin. İkinci dəfə aldanırsam Allah mənə lənət eyləsin. Deməli tarixi hadisələrin gedişi dəfələrlə isbat edib ki, Paşinyana və erməni diplomatiyasına inanmaq olmaz. Erməni yalnız ağır zərbələr dəyəndə kiriyir.
Uzun illər “məğlub edilmiş millət” deyimini aradan qaldırdıq və “qalib millət“ olduğumuzu fəxarətlə dünyaya bəyan etdik. Bizim 44 günlük Vətən müharibəsindəki qələbəmiz dünyanın hərb tarixində yeni dövr açdı. Bizim Vətən müharibəsi müasir dünyada mövcud olan müharibələrdəki kimi leqal vasitələrdən istifadə edərək qalib gəldik. Ötən ilin sentyabr ayının 27-dən bu günədək ANAMA əməkdaşları tərəfindən 2268 siqnal əsasında 1619 partlamamış sursat, 4972 piyada və tank əleyhinə mina, 25 minə yaxın müxtəlif partlayıcı, eləcə də çoxlu sayda digər hərbi-sursat aşkarlanaraq məhv edilib.
Razılaşma əsirlərin qaytarılması və minalanmış ərazilərin xəritəsini təqdim etmək idi. Lakin nələr görmədik? Minalar bizim üçün faktki olaraq qalib gəldiyimiz Vətən müharibəsinin minalarla davamıdır. Bu minalarla nə qədər canlar məhv edilmişdir. Seçkidə qalib gələn Paşinyan bu cinayətlərə cavab verməyin lazım olduğunu bilmirmi?
Çox halda ermənilər bizim müasir silahlanmaya sahib olmağımızı demək olar ki, az qalırlar bizim dövlətçilik ünvanımıza günah kimi yazsınlar. Yaxşı ki, dünyanın bir sıra qızıl qanunları dəyişməz qalır. Qalibi mühakimə etmirlər. Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsində Ali Baş komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında qalib gəldik.
Artıq qələbələrlə dolu Vətən müharibəsi şərəf tariximizə çevrilib arxada qalmışdır. Azərbaycanın bir parçası Qarabağ 30-ilə yaxın işğaldan azad edilmişdir
Azad olunmuş yerlərə tam sahib olmaq ikinci mərhələdə qarşıda duran əsas vəzifədir. Azad olunan coğrafiyaya diqqətlə yanaşsaq məlum olar ki, vandallıqda analoqu olmayan ermənilər o yerlərə sahib olmağımızın qarşısını almaq üçün bir sıra risqlər yaratmışdır.
Müharibə edən tərəflər arasında müqavilə imzalandıqda heç bir minalanma olmamalıdır. Bu, normal insanlara aiddir. Tam təslim olan Ermənistanın böyük bir coğrafiyanı minalaması erməni xislətinin “şah əsəri” idi. Ola bilər ki, müharibə gedən dövrdə ermənilər müəyyən əraziləri minalamışdılar. Beynəlxalq diplomatiya əxlaqı tələb edir ki, müharibə qurtardıqdan sonra ərazinin minalanma xəritəsi qalib dövlətə təqdim edilməlidir.
Qarşıda bizi minalanmış ərazilərin təmizlənməsi kimi çox risqli təhlükəli işlər gözləyir. “30 ilə yaxın müddətdə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinin nəhəng bir hissəsini minalayıb. Ona görə də bu gün ən vacib vəzifə bu ərazilərin minalardan təmizlənməsidir”.
Dünyanın aparıcı mütəxəsisləri bildirirlər ki, ərazilərin minalardan təmizlənməsi üçün bir neçə şey vacibdir: “Bunlardan birincisi və ən önəmlisi minalanma xəritəsidir. Ermənistan tərəfi Rusiya sülhməramlılarına və Azərbaycan tərəfinə həmin xəritələri verməyə ciddi beynəlxalq qanunlara riayət edən dövlət kimi borcludur.
10 noyabr bəyanatından yeddi aydan çox müddət keçmişdir. Lakin Azərbaycanın Vətən müharibəsində azad etdiyi və ermənilər tərəfindən minalanmış ərazinin xəritəsi ortada yoxdur. Erməni xislətinin ifadəsi olaraq onlar minalanmış ərazilərin xəritələrinin olmadığını iddia edirlər.
Azad olunmuş ərazilərdəki minalanmanın mənşəyi ilə əlaqədar ekspertlər çox maraqlı tədqiqat aparmışlar. “Azərbaycanın Vətən müharibəsində qələbəsinə qədər ermənilərin nəzarətində olan, indi azad edilmiş ərazidə neçə nəfər erməni hərbçisi və ya mülki vətəndaşının minaya düşməsi qeydə alınmışdır?” xeyr alınmamışdır. Deməli xəritə olduğu üçün 30 il müddətində işğal etdikləri və hökmən tərk etməli olacaqları yerləri minaladıqları halda özləri minaya düşməmişdir.
Birinci mərhələnin nəticəsi ondan ibarət olmalıdır ki, Ermənistan minalanmış ərazinin xəritəsini Azərbaycan tərəfinə hökmən verməlidir. verməlidir
İkinci mərhələ ondan ibarətdir ki, ərazilərin minadan təmizlənməsinə Azərbaycanın müvafiq orqanları ilə birlikdə beynəlxalq təşkilatların qoşulması vacibdir. Azad olmuş ərazilərin minalanma vəziyyəti ilə tanış olan ekspertlər bildirirlər ki, erməni xisləti ərazinin minalanmasında da özünü göstərmişdir. Dünya müharibə tarixində ərazilərin minalanmasının qaydaları vardır. Minalanma məqsədli olaraq həyata keçirilməli və əks tərəfə maneə təşkil etməlidir.
Amma erməni xisləti dünyada mövcud olan minalama qaydalarından kənara çıxmış əsgəri anbarda olan minalar hər yerə basdırmışlar. Ekspertlər ərazinin minalanma vəziyyəti ilə əlaqədar bildirirlər ki, Azərbaycan, hətta Rusiya və Türkiyənin yardımı ilə də bu ərazilərin minadan tam təmizlənməsinin öhdəsindən gələ bilməzlər. “İsrailin Azərbaycandakı səfiri Corc Dik ANAMA-ya səfər edib və Azərbaycanda icra olunan genişmiqyaslı minatəmizləmə fəaliyyətinə İsrailin mümkün dəstəyi üzrə müzakirələr aparılıb”, – deyə məlumat verib.

Mayın 31-dən iyunun 6-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 224 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 42 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb
Hətta beynəlxalq məclislərdə də erməni dilli mənbələrin yazdığına görə ermənilərin siyasi xadimi Naira Zohrabyan bəyan edir: “Avropalı mühafizəkarlar və demokratların siyasi qrupundakı Azərbaycan nümayəndə heyətinin rəhbəri onlara təhvil verilmiş minalanmış ərazilərin xəritələrinin 50 faizinin saxta olduğunu bildirdi”. Azərbaycan nümayəndə heyyəti Strasburqda heç bir şərt qoymadan erməni əsirlərinin təhvi verilməsindən və minalanmış ərazilərin xəritəsinin ermənilərdən alınması məsələsini ciddi müzakirə etmişlər. Azərbaycan nümayəndə heyətinin rəhbəri edib ki, Azərbaycanda erməni əsirləri yoxdur, hamısı Ermənistana qaytarılmışdır. Qalanları terrorçu lardır. Ermənilər isə həmişə etdikləri kimi terrorçuları dünyaya ermənilərin müharibə əsiri olaraq sırımaq istəyir. Azərbaycana verilmiş minalanmış ərazilərin xəritəsinin 50 faizinin saxta olduğunu hətta Strasburq müzakirələrində də qaldırmışdılar.
Havaların isinməsi ilə əlaqədar yanğınların baş vermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı xırda ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər. Həmin ərazilərdə düşmən tərəfindən çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini xüsusilə çətinləşdirir.
Müzakirələrdən çıxan nəticəyə görə bu ölkəyə qarşı ciddi beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. dondurulması təklif edilmişdir. Hər halda Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda azad edilmiş torpaqların minalanma xəritəsinin məsələsini qaldırıb, alınmasına nail olmalıdırlar.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
21 06. 2021
Azərbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir