Bu gün Rustavi Şəhər Məhkəməsində Marneuli seçki dairəsinin 48 nömrəli Qızılhacılı seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı məhkəmə iclası başa çatı
saxlanılan 6 nəfərin qohumları və kənd sakinləri məhkəmə binası ətrafına toplaşıblar. Onlar saxlanılan şəxslərin cərimə ödənilib azad olunmasını tələb ediblər.
“Burçuladze-Xalq üçün” partiyasından parlament seçkilərində namizəd irəli sürülən İsrafil Bayramov açıqlamasında məhkəmə prosesinin dekabrın 6-da keçiriləcəyini bildirib. O, məhkəmədə gənclərin cinayət törətmələri barədə iddiaların təsdiqini tapmadığını qeyd edib: “Məhkəmədə faktlar təsdiqlənməyib. Ona görə də təkrar iclas dekabrın 6-da olacaq”.
İ. Bayramov azərbaycanlı gənclər barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini bildirib.
Qeyd edək ki, onlar oktyabrın 13-də yaşadıqları Qızılhacılı kəndində saxlanılıb. Nizami Məmmədzadə/Marneuli/kafkassam