KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Gürcistan’da Ramazan yardımı

Gürcistan’da Ramazan yardımı

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
285 0

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı Koronavirus (COVİD 19) pandemiyasının dünyada tüğyan etdiyi bu çətin günlərdə Türkiyədə fəaliyyət göstərən Aziz Mahmud Hüdayi Vəqfinin maddi dəstəyi ilə 9 və 10 may tarixlərində Gürcüstanın Tbilisi, Marneuli, Qarabani, Bolnisi və Tetricğaro (Ağbulaq) bölgələrində yaşayan aztəminatlı və ehtiyac sahibi olan 300-ə yaxın ailəyə Ramazan ayı münasibəti ilə ərzaq yardımı edib.

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyevin bildirdiyinə görə bu çətin dövrü nəzərə alaraq Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə hazırlanmış ərzaq paketlərini keçən illərə nisbətən daha zəngin hazırlanıb. Həmçinin pandemiya səbəbi ilə bu il daha çox ərzaq yardımına əlavə edilib.
Bu səbəblə də həm yardım paketinin sayı həm də içindəki ərzaqlar artırılıb.
Musa Hacıyev edilən bu yardıma görə həm təşkilat həm də Gürcüstan xalqı adından Aziz Mahmud Hüdayi Vəqfinə təşəkkürünü bildirib.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir