NATO Baş katibi Yens Stoltenberq: “İnanıram ki, biz Rusiyaya aydın siqnal göndərməliyik. Onlar toqquşma istəsələr, biz buna hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, biz buna şad olacağıq. NATO öz üzvlərini qorumağa hazırdır. Rusiya ilə dialoq gücə, möhkəmliyə söykənməlidir”.
Bu bəyanat onu göstərir ki, Qərb Rusiyanın hərbi təhdid yolu ilə postsovet məkanını öz təsir dairəsində saxlamasına heç də dözmək niyyətində deyil. Deyilə bilər ki, Stoltenberq açıqlamasında NATO üzvlərini qoruyacaqlarını bildirir, Rusiya isə NATO üzvü olmayan keçmiş Sovet respublikalarının ərazisini işğal edib. O zaman bu bəyanatın Rusiyanın hazırkı işğal siyasətinə nə aidiyyəti?
Bildiyiniz kimi, bu yaxınlarda Baydenin köməkçisi Türkiyə prezidentinin köməkçisi İbrahim Kalına zəng edərək onunla regional təhlükəsizlik və Qarabağ məsələsini müzakirə edib. Bu isə o deməkdir ki, ABŞ Qarabağ məsələsinin Rusiya ilə deyil, Türkiyə ilə uzlaşma əsasında həllinə maraq göstərir. Demək, NATO Baş katibinin vasitəsi ilə onun mesajı verilir ki, bu uzlaşmaya varılacağı təqdirdə, Rusiyanın hərbi təhdidləri qarşısında Türkiyə tək buraxılmayacaq, müdafiə ediləcək. Çünki Rusiya hər şey edir ki, Türkiyə Dağlıq Qarabağa hərbi qüvvələrini göndərməsin.
Bilindiyi kimi, bu yaxınlarda NATO-nun Çevik Əməliyyat Qüvvələrinə komandanlıq Türkiyəyə həvalə olunub. Bu, heç də təsadüfi deyil. Çevik Əməliyyat Qüvvələri NATO-nun ən elitar döyüş birliyi hesab olunur və Rusiya təhlükəsinə qarşı yaradılıb. Demək, Vaşinqton Rusiya ilə sahədə qarşılaşmağı Türkiyə üzərindən planlaşdırır. Bu zaman Rusiya NATO üzvü olan Türkiyənin hərbi addımlarına aqressiv reaksiya göstərərsə, Stoltenberqin dili ilə deyilir ki, o halda qarşı tərəfə adekvat cavab veriləcək. İndiki halda isə bu qarşıdurmanın episentrinin daha çox Dağlıq Qarabağ və Şərqi Ukrayna olacağı gözlənilir.
Belə çıxır ki, Bayden administrasiyası Rusiyanın üzərinə təkcə siyasi, iqtisadi deyil, hərbi təzyiqlə də gəlməyi planlaşdırır. Bu təzyiqin əsas hədəfləribdən bir də Rusiya hərbi qüvvələrini keçmiş Sovet respublikalarının ərazisindən sıxışdırıb çıxarmaqdır.
Qarşıda bizi kəskinləşən geostrateji qarşıdurmalar gözləyir və bu qarşıdurmalar ölkəmiz üçün yeni fürsətlər təqdim edəcək. Buna hazır olmalıyıq.
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı: NATO-dan Rusiyaya Qarabağ xəbərdarlığı
234 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.