KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Rus ordusu Karabağ’dan çıkıyor mu

Fuad Gahramanlı: Rus ordusu Karabağ’dan çıkıyor mu

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
137 0

Rus ordusu Qarabağdan çıxır?

Nə baş verir, Qafqazı hansı oyunlar dönür ?

Rus ordusu Azərbaycanı tərk edəcəkmi? İndi Qarabağla bağlı əksər müzakirələr bu sual ətrafında gedir. Biz Azərbaycan hakimiyyətinin antiterror əməliyyatına razılıq almaq üçün Rusiyaya nə təklif etdiyindən hələ ki, xəbərsizik. Proseslərin gedişindən çıxardığımız məntiqi nəticə isə budur ki, Rusiya Qarabağın azad olunması hesabına növbəti dəfə Paşinyanı devirmək şansını sınaqdan çıxarmış oldu. Rusiya əvvəlcədən riskli görünən, bir dəfə 44 günlük savaşda sınayıb nəticə almadığı bu varianta görə yenidən belə bir varianta razı olardımı? Yəqin ki, masaya təkcə bu variant qoyulmuş olsaydı biz tanıdığımız Putin buna razı olmazdı. Artıq aydındır ki, Putinin bu gözləntisi boşa çıxdı və Paşinyanı nəinki devirmək olmadı, əksinə o daha da irəli gedərək Peskovun dediyi kimi, Moskvaya qarşı “xüsusi düşmənçilik” kursunu seçərək Roma statutunu da qəbul etdirdi.

İlk baxışdan Rusiyanln imperiya iddialarına və Putinin xislətinə görə bu gün ən çox ehtimal olunan variant budur ki, Moskva Ermənistandan qovulacağını artıq gözə alıb və ona görə də nəyin bahasına olursa-olsun Qarabağda ilişib qalmaq onun Cənubi Qafqazda hərbi mövcudluğu üçün tək şansdır. Ancaq maraqlıdır ki, son günlər Rusiyadan gələn açıqlamalar tamamilə əks yöndədir. İki gün öncə Rusiya Dövlət Dumasının MDB ilə bağlı Komitəsinin sədr müavini Zatulin Rusiya “sülhməramlılarının” Qarabağda sayılı günlərinin qaldırdığını bildirib. Hər halda Kremlə kifayət qədər yaxın olan və davamlı olaraq Rusiyanın imperiya maraqlarından çıxış edən Zatulinin belə bir pessimist ovqatda bəyanat verməsi düşündürücüdür.

Dünən isə Putin Valdayda “2020- ci ildən bu günə qədər Rusiya “sülhməramlılarının” missiyasına ancaq atəşkəs rejiminə nəzarət etmək daxildir” deməsi ilə belə bir ehtimal yarandı ki, görəsən o bununla Qarabağda erməni ordusunun ləğvindən sonra sülhməramlı vəzifəsinin də bitdiyinə işarə etmir ki?
Onun bu açıqlamanı verdiyi ərəfədə isə Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, “Rusiya sülhməramlıları Qarabağda keçmiş təmas xətti boyunca Əsgəran, Ağdərə və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini bağlayıblar”. Bu isə o deməkdir ki, artıq “sülhməramlılar” atəşkəs rejiminə nəzarət fəaliyyətini dayandırmağa hazırlaşırlar. Məntiqlə də Qarabağda erməni ordusu yoxdursa, o zaman atəşkəs kimlə kimin arasında olasıdı ki?

Çox maraqlı proseslər gedir deyilmi? Hər halda Rusiyanın bu bəhs etdiyimiz mövqeyi Qarabağda qalmağa hazırlaşanın davranışı təəsüratı yaratmır. Elə dünən Rusiyanın dövlət agentliyi olan TASS məlumat yayıb ki, Rusiya MN nümayəndə heyəti Ermənistana səfər edərək “sülhməramlıların” Qarabağdan çıxarılmasını müzakirə edəcək. Bu məlumat artıq belə bir prosesə hazırlıq getməsi kimi də qəbul edilə bilər.
Əgər belədirsə, o zaman nə baş verir, axı bizim tanıdığımız Rusiya belə etməki deyildi. Hesab etmək olar ki, bu Rusiyanın Ukraynada zəifləməsi fonunda Türkiyə faktorunun Cənubi Qafqazda möhkəmlənməsi ilə daha çox bağlıdır. Rusiya onsuz da Ermənistanı itirdiyi reallığı ilə barışıb və əmin deyil ki, belə zəifləməkdə davam edərsə Qərbin təzyiqləri qarşısında Qarabağda uzun müddət duruş gətirə bilər. Ona görə də Qarabağda qalıb dirənmək yerinə bu dəfə fərqli taktika seçir ki, regiondakı mövcudluğunu yeni geosiyasi konfiqurasiyaya uyğun təmin edə bilsin. Bu isə əvvəlki birtərəfli nəzarətçi, hakim rolundan imtina edib partnyorluq modeli çərçivəsində hərəkət etmək deməkdir.
Yəni Moskva bundan sonra öz boşaltdığı yeri Türkiyəyə buraxmaqla Azərbaycan, Türkiyə və İran işbirliyi əsasında Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə qarşı səd çəkmək planı qurur.

Bu baxımdan Moskva çalışır ki, regionun nəqliyyat arteriyası sayılan Zəngəzur dəhlizi boyu öz hərbi mövcudluğunu saxlamaq üçün yolun təhlükəsizliyini təmin etmək bəhanəsindən istfadə etsin. Rusiya həm də bu yolla Orta dəhliz layihəsini ələ keçirərək geosiyasi aktyor kimi öz əhəmiyyətini qoruyub saxlamaq istəyir. Ona görə də Azərbaycan və Türkiyənin əli ilə Ermənistana təzyiq göstərib Zəngəzura əl qoymaq istəyir. Ancaq Moskvanın buna nail olmaq ehtimalı real görünmür, çünki bir tərəfdən Ermənistan və onun Qərb tərəfdaşları bunu qəti şəkildə istəmir, digər tərəfdən isə xüsusi ilə də Avropa Parlamentinin son qətnaməsindən sonra Azərbaycan Zəngəzuru Rusiya verəcək hərbi müdaxilə planında rol almaq istəməz.

Bu arada diqqəti çəkən başqa gəlişmələr də baş verməkdədir. Son iki il ərzində münasibətlərindı kifayət qədər gərginlik olan Azərbaycan və İranın birdən durub dururkən Xəzərdə birgə hərbi təlimlərə başlaması təsadüfüdürmü? Biz bilirik ki, İran Rusiyasız Cənubi Qafqazda hansısa addımlar atmır və uzun müddətdir ki, Qafqazda öz addımlarını Moskva ilə kordinasiya etməyə çalışır . Bir neçə gün öncə Türkiyə prezidentinin “Zəngəzur dəhlizi İrandan keçə bilər” bəyanatı da bu baxımdan təsadüfü deyildi və belə çıxır ki, İran Paşinyanın seçdiyi Qərbyönlü kursa görə indi də Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verir. Artıq İran da Ermənistanın Qərbə üz tutduğunu görür və o üzdən İrəvanın bu siyasətindın rahatsız olmağa başlayır. İran eyni zamanda çalışır ki, Zəngəzur dəhlizinə paralel yolu öz ərazisinə salmaqla bu mühüm nəqliyyat qovşağına nəzarəti ələ alsın və o biri tərəfdən də Ermənistanla sərhəddi də əvvəlki kimi ikitərəfli qaydada nəzrətdə saxlaya bilsin. Bu məsələdə onun maraqları Rusiya ilə toqquşur. Türkiyə isə bu alternativi qabartmaqla Ermənistana təzyiq edir.

Bu gün Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsində maraqlı olan Rusiya ilə İranın maraqları toqquşsa da, Qərbin Cənubi Qafqazda möhkəmlənməməsi məsələsində istəkləri üst üstə düşür. Buna görə də Rusiya İranla Zəngəzur məsələsindəki fikir ayrılığına rəğmən bu gün Türkiyə, Azərbaycan Tehranın iştirakı ilə əməkdaşlıq formatını gücləndirməyə və regionda 4 ölkənin iştirakı ilə anti – Qərb səddi qurmağa çalışır.
Bu formatda isə Türkiyə rus ordusunun Azərbaycandan çıxarılmasını tədricən özünün Cənubi Qafqazda əsas söz sahibinə çevrilməyinin əsas şərtlərindən biri hesab edir. Moskvaın isə bu günkü zəifləmiş durumunda Türkiyəyənin bu istəyi ilə razılaşmaqdan başqa çarəsi qalmır. Yadınızdadırsa Türkiyə prezidenti Ərdaoğoan bir neçə ay öncə Rusiya ordusu 2025 ci ildə Qarabağdan çıxacaq demişdi və o zaman çoxları buna təəccüblənmişdi.

Rusiya həm də hesab edir ki, Qarabağı vermək müqabilində Azərbaycanın və Türkiyənin müttəfiqliyini əldə edərsə, bu halda öz “sülhməramlılarını” geri çəkməklə heç də Cənubi Qafqazda ofsayda qalmayacaq. Əslində indiki zəif durumunda Moskvanın özünü buna inandırmaqdan başqa yolu da yoxdur. Bu məsələdə Moskvannın əsas təminatlarından bir də Azərbaycan hakimiyyətinin avtoritar mahiyyətinə görə Rusiya ilə belə bir ittifaqda olmağa ehtiyac duymasıdır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir