KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Parisə tökülən peyin və möhkəm dövlətçilik

Fuad Gahramanlı: Parisə tökülən peyin və möhkəm dövlətçilik

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
17 0

Mitinqlər təhlükəlidirmi ?

Diqqət etmizssinizsə bir qayda olaraq avtoritar rejimlər dövlətçilikdən, dövləti xarici güclərin yıxıcı təsirlərindən qorumaqdan çox danışırlar. Bu onların ən sevimli mövzusudur da demək olar . Bununla onlar zorakı siyasətə, azadlıqları boğmaga haqq qazandırmaga çalışırlar. Əslində bu həm də onun etirafıdır ki, avtoritar rejimlər dövləti elə bir xəstə, zəif hala salırlar ki, xarici işğalçı gücə ehtiyac qalmadan ölkənin öz vətəndaşları yığışıb manoployaya son qoyun, korrupsiyanı yığışdın, ya da məhkəmələrdə ədalət olsun, seçki saxlaşdırılmasın demək istəsələr o zaman bu tələblər dövlətçilik üçün “təhlükəyə” çevrilir. Belə çıxır ki, avtoritar zehniyyət dövləti öz vətəndaşlarının haqqlarının qəsbi üzərində bərqərar edir və bu dövlətçilik naminə vətəndaşlar da hakimiyyətdəki bir qrup tərəfindən ən amansız şəkildə istismar olunmalarına, haqqlarının tapdanmasına susub səssiz qalmalıdır. Bu əslində bir köləlik formuludur. Olurmu belə döblətçilik? Məgər xalqlar dövləti ona görə qururlar ki, onun əli ilə hər cür istismar və ədalətsizliyə məruz qalsınlar? Bunun adı korrupsioner , hüquq tanımayan bir çətənin dövlət adını mənimsəməsi, dövləti milli iradənin ifadəçisi olmaqdan çıxarıb soyğun və cəza alətinə çevirməsi, milli resursları xalqın əlindən alıb məhdud bir zümrənin maraqlarını təmin etməkdir .Bu milli tərəqqi və inkişaf yolunun kəsilməsi , dalqın öz dövləti ilə qarşı -qarşıya qoyulması deməkdir .

Heç gördünüzmü ki, hər hansı bir demokratik ölkədə vətəndaşlarının keçirdiyi mitinqə, etiraz aksiyasına görə dövlətçilik təhlükədədir deyilub mifik xarici gücləri ittiham edilsin ? Fransada fermerlər subsidiya kəsintisinə görə yığışıb Parisin yollarına ot bağlamaları tökmüşdülər, mal-qaranı səhərə doldurmuşdular , traktorlarla yolları kəsirdilər və qalaq- qalaq peyini gətirib dövlət orqanlarının qabağına boşaltmısdılar. Nə oldu dövlət bu peyiinin altında qalıb zəiflədi, sarsıldı, yoxsa vətəndaşlarının tələbini dinləyib ona əməl etməklə daha da güclənmiş çıxdı bu olaydan? Udan həm vətəndaşnına xidmət edən ,onun inamını qazanan dövlət oldu, həm də dövlətə öz iradəsini diqtə edə bilən özgüvən hissi artan, mataqlarını təmin edən vətəndaşlar oldu .

Və ya altı il öncə Fransada baş qaldıran “sarı jiletlilər” hərəkatını yəqin xatırlayırsınız. 2018 -ci ildə meydana çıxan “sarı jiletlilər” sosial tələblərlə vaxtaşırı keçirdikləri aksiyalarla Paris küçələrində barikada savaşı görüntülərinə səbəb olublar. 2022 -ci ldə 32 min , 2023 -ildə isə 80 mindən artıq insan onların radikal etiraz aksiyalarına qatılıblar. Bəs dövlət bu aksiyalardan niyə sarsılıb süqut etmədi, dağılmadı? Ancaq bu xarakterli etiraz aksiyası hansı avtoritar rejimin olduğu ölkədə olsaydı orada ya hakimiyyət dəyişərdi , ya da ki , hakimiyyətdəki qrup insanlara qarşı kütləvi zorakılıq edib çoxsaylı ölümlərə və həbslərə səbəb olardı.

Demək ki, demokratik hakimiyyətlərin olduğu ölkələrdə dövlət o qədər güclü, dövlətçilik o qədər sarsılmaz olur ki, on minlərlə vətəndaş kücəyə cıxıb günlərlə davam edən dağıdıcı aksiyalar da keçirsələr, başıpozuq dəstələr qanuna zidd davransalar da, buna görə heç kimin ağlına gəlmir ki, dövlətçilik əldən getdi deyib buna görə haray həşir salsın, öz vətəndaşlarını düsmən gözündə görub onlara qarş ən amansız üsullarla hücuma keçsin. Çünki hətta 10 minlərlə insanın başıpozuq, hüquqa zidd hərəkətlri belə təməlində xalqın iradəsi duran dövləti və yenə də cəmiyyətin seçki ilə mandat verdiyi hakimiyyəti ýıxmaq , dəyişmək gücündə deyil, bu cür keçici “qəzəb tutmaları” kimi hallar toplumla dövlət arasında Monteskyenin dediyi müqaviləni pozacaq gücdə deyil.

Biz də ölkəmizdə belə möhkəm, özünü xalq iradəsinə və demokratik azadlıqlara qarşı qoymayan dövlətçilik anlayışının yaranmasını, bir iki mitinqlə yıxılacağından qorxmayan , azad seçki yolu cəmiyyətdən mandat alan hakimiyyətin formalaşmasını istəyirik. Əks təqdirdə 92% səs aldığını iddia edib müxalifətin mitinqinə yox demək, ortada cəmiyyətin iradəsindən qorxmağın və zəifliyi üzündən özgüvəni çatışmazlığının əlaməti kimi görünəcək. Ona görə də güclü dövlətçilik və dövlətin vətəndaşlarının problelərinə duyarlı yanaşmasına naminə mitinq keçirmək tələbini təkrar – təkrar gündəmə gətirmək niyyətindəyik.
5 mayda Milli Şura olaraq yeni bir mitinq tələbimiz bizim bu ölkədə sərbəst toplaşmaq azadlığını təməl hüquq kimi geri almağımız və bu prosesi təkidlə davam etdirmək qərarlılığımızın nəticəsidir. Azərbaycan xalqı olaraq da bizim də mitinqlərin, vətəndaş tələblərinin və azad seçkinin təhlükə sayılmadığı, güclü və möhkəm dövlətçiliyin olduğu bir ölkədə yaşamaq, istədiyimiz vaxt da öz tələblərimizi bu güclü dövlətə çatdırmaq üçün bir araya gəlmək haqqımız var.
5 may mitinq tələbi bu baxımdan bir partiyanın deyil, bir müasir cəmiyyətlərin təməl haqqı sayılan ümumxalq tələbidir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir