KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İran niyə Cənubi Qafqazda yeni geopolitik reallıqları qəbul edə bilmir?

Kamal Aliyev: İran niyə Cənubi Qafqazda yeni geopolitik reallıqları qəbul edə bilmir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
335 0

İran Ali Milli Təkhlükəsizlik Şurasının katibi Əli Şəmxani Yerevanda səfərdədir və maraqlı açıqlamalar verib.Xüsusilə,keçmiş admiral Şəmxaninin Cənubi Qafqazda “geopolitik konfiqurasiya” haqqında dedikləri diqqətimi çəkdi.Şəmxani belə deyir ki,onlar Cənubi Qafqazın geopolitik mənzərəsini dəyişə billən cəhdlərə qarşıdırlar.
Hərçənd,İran İslam Respublikasının siyasi elitası ikinci Qarabag müharibəsindən sonra Türkiyə prezidenti R.T.Ərdoganın təklif etdiyi “3+3″(Azərbaycan,İran,Türkiyə,Ermənistan,Rusiya Federasiyası,Gürcüstan)geoiqtisadi layihəyə tərəfdar oldugunu bəyan edir.Bu əsnada maraqlı olan detal budur ki,İran Cənubi Qafqazda geopolitik dəyişikliklərə qarşı oldugunu bəyan edərkən,nəyi nəzərdə tutur…
Məsəlı çox sadədir:Tehran lap əvvəldən Zəngəzur dəhlizi ideyasına qarşı çıxır.Dogrudur,İ.Rəisi hökuməti Zəngəzur dəhlizinə qarşı oldugunu deməsə də,ancaq anlaşılan odur ki,Tehran Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirən koridora qarşıdır.
Mövzunu biraz da açaq:Rəsmi Tehran Ermənistanın Syünik(Zəngəzur)ərazisindən keçəcək xəttin “koridor”olmasında maraqlı deyil.Yəni,Tehran Azərbaycan və Naxçıvan arasında ən yaxşı halda “nəqliyyat xətti”marşurutunun olmasında maraqlıdır.Bu,o demək olur ki,Ermənistan tərəfi öz gömrük xidməti vasitəsi ilə daşımalara nəzarət edə bilsin.Gördüyünüz kimi,”Zəngəzur dəhlizi” mövzusunda Tehran və Yerevanın baxışları tam üst-üstə düşür.

Üstəlik,son 30 ildə İran ilk dəfədir ki,Syünük icmasının mərkəzi Qafanda Konsulluq açıb.Maraqlıdır,Tehran indiyəcən Qafanda niyə diplomatik nümayəndəlik açmırdı?

Digər tərəfdən,Türkiyə-Ermənistan münasibətlərinin normallaşması,siyasi-diplomatik münasibətlərin qurulması ehtimalı Tehranın ürəyincə deyil.
Əslində,bu,heç Rusiyanı da qane etmir.Rusiyanı o səbəbdən qane etmir ki,bir sonrakı etapda Gümrüdəki rus hərbi bazasının mövcudluguna ehtiyac qalmır.
İran isə ona görə narahatdır ki,Türkiyənin yumuşaq gücu(soft power),sərmayəsi,biznes elitası Ermənistana daxil olacaq ki,bu da Tehranı az narahat etmir.

İranın indiyəcən Cənubi Qafqazda geosiyasi doktrinası Qarabag probleminin həll olunmaması,Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmaması olub.
Lakin bütün bunlar artıq demək olar ki,geridə qalıb.İran 44 günlük müharibədən sonra yaranmış geopolitik status-kvonu qəbul etməlidir ki,özləri demişkən,məntəqədə davamlı sülh bərqərar olsun.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir