KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanli: Müxalifəti əzməklə sosial partlayışı önləmək mümkündürmü ?

Fuad Gahramanli: Müxalifəti əzməklə sosial partlayışı önləmək mümkündürmü ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
35 0

Qazaxıstan olayları onu göstərdi ki, xalq korrupsiyadan, ədalətsizlikdən, sosial problemlərdən bezib meydana çıxanda, nə iqtidardan icazə almır, nə də ki, bundan ötrü müxalifətin qərarına gərək duymur. Ona görə də, bu gün iqtidarın müxalifətə qarşı həyata keçirdiyi repressiya və təzyiqlərlə cəmiyyətdəki sosial partlayış təhlükəsini önləmək mümkün deyil. Hakimiyyətdəkilər anlamalıdırlar ki, dünyanın heç bir yerində sosial partlayışlar müxalifətin qərarı ilə baş vermir. Bu mövcud problemlərin hakimiyyət tərəfindən həll olunacağına ümidləri itən cəmiyyətin emosional, qəzəbli reaksiyası nəticəsində meydana çıxır. Öncədən də vaxtı, zamanı bilinmir.
Əksinə, strukturlaşmış siyasi müxalifətin olması, anidən baş verə biləcək sosial partlayışların dağıdıcı xarakter almaması, proseslərin dinc, svil məcraya yönəlməsi üçün təhlükəsizlik yastığı rolunu oynayır. Bir qayda olaraq belə gərgin məqamda nüfuzdan düşmüş, problemlərin əsas səbəbkarı kimi görünən hakimiyyətin ictimai rəyə təsir imkanları tamamilə itir. Bu halda yalnız xalqın inandığı, siyasi məsuliyyət hissi olan demokratik müxalifət cəmiyyətin qəzəbini, kükrəyən etirazlarını çərçivəyə salıb zorakılıqların qarşısını ala bilər.
Əgər, hakimiyyət ölkəni belə bir təhlükəli prosesdən qorumaq istəyirsə, mütləq islahatların önünü açmalı, korrupsiyaya qarşı mübarizə aparılmalı, sosial ədalətsizliyin artması durdurulmalı, cəmiyyətlə dialoqa gedilməlidir.
Heç bir halda nə fərdi, nə də ki, toplumun emosional reaksiyaları öncədən proqnozlaşdırıla bilmədiyi üçün, ” bizdə belə şey olmaz” tipli yanaşmalar həmişə keçərli ola bilməz. Hər bir fərddə olduğu kimi, hər bir cəmiyyətin də psixoloji dözüm həddi aşılanda, bu affekt vəziyyəti doğurur və kəskin emosional reaksiyaların meydana çıxmasına səbəb olur.
Ona görə də cəmiyyətin hazırkı dözümlü davranışı, heç də hakimiyyəti “istədiyimi edərəm” şəklində arxayınlaşdırmamalıdır.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir