KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: İrəvanda Qarabağ mitinqi Məqsəd nədir ?

Fuad Gahramanlı: İrəvanda Qarabağ mitinqi Məqsəd nədir ?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
47 0

Qarabağ erməniləri İrəvanda mitinq keçiriblər. Mitinq iştirakçıları Paşiniyandan tələb ediblər ki, Azərbaycanla aparılan sülh danışıqlarında Qarabağ ermənilərinin geriyə qaytarılması məsələsini qaldırsın. Bu aksiyanın arxasında Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınını pozmaq istəyənlərin durduğu şübhə doğurmur. Çünki indiki vaxtda Paşinyandan bu tələbi danışıqlarda şərt kimi qoymağı tələb etmək sülh danışıqlarına ancaq zərər verə bilər.

Qərbin vasitəçiliyi ilə aparılan sülh danışıqlarını pozmaq üçün davamlı cəhdlər edən Rusiya öz rəsmilərinin verdiyi avantürist açıqlamalarla bu niyyətini heç gizlətmir də. İndi də Kreml bir güllə ilə iki dovşan vurmağa çalışır. Bəs Qarabağ ermənilərinin geri qaytarılması tələbinin bu şəkildə gündəmə gətirilməsi Moskvaya nə üçün lazımdır? Rusiya bununla Azərbaycan kəndlərini qaytaracağı ilə bağlı müsbət bəyanatlar verən və sülhə mane ola biləcək bütün bəhanələri kəsməyə çalışan Paşinyana təzyiq göstərib onu mövqeyindən geri çəkilməyə məcbur etmək istəyir. O biri tərəfdən də Moskva Qarabağ ermənilərinin əli ilə Azərbaycanın etirazına səbəb ola biləcək bu qaydış tələbini danışıqlsr prosesinə yeni bir şərt kimi daxil etməklə sülh proesini pozmağa çalışır. Açıq aydın görünür ki,Zəngəzur avantürası, sərhəd toqquşmaları kimi təxribatları alınmayan Rusiya indi də öz məqsədinə nail olmaq üçün yenidən Qarabağ kartından istifadəyə əl atır.

Ədalət naminə Qarabağdan könüllü köçmüş ermənilərin və Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların öz yerlərinə geri qaytması məsələsinə eyni həll paketində baxılması gərəkdir. Bu problemin həlli isə iki ölkə arasında sülh müqaviləsinin imzalanması , kommunikasiyaların açılması və münasibətlərin normallaşmasından sonrakı dövrdə gerçəkləşə bilər. Onu da nəzərdən qaçirmaq olmaz ki, Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamaq istəmədikləri və ölkəmizin bu ərazi üzərində suverenliyini qəbul etmədikləri üçün öz istəkləri ilə ərazini tərk ediblər və onlar indi də bu mövqelərində qaldıqları üçün problemin həllinə ən böyük maneə onların bu yanaşmasıdır.

Sülh müqaviləsinin imzalanması uzandıqca Moskva prosesi pozmaq üçün yeni yeni vasitələrə əl atır. Ona görə də sülhün əldə olunma imkanı barış üçün yaranmış indiki əlverişli vəziyyəti bir fürsət kimi qiymətləndirməyə və prosesi mümkün qədər sürətə aparmağa bağlıdır. Belə bir vəziyyətdə Azərbaycanın Rusiyaya öz müttəfiqi kimi baxması və Moskvanın vaxtaşırı olaraq Azərbaycanın adından istifadə edərək Ermənistanı hədələməsi , sülh prosesinə olan risqləri daha da artırır və Paşinyanı erməni cəmiyyətinə təslimçi lider kimi təqdim edərək onun mövqeyini zəiflədir .
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir