KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Hakan Fidan Bakıya niyə gəlib?

Fuad Gahramanlı: Hakan Fidan Bakıya niyə gəlib?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
29 0

Türkiyə Rusiyanı “oyundankənar” vəziyyətə salır.

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.O, ilkin olaraq Bakıda Gürcüstan, Azərbaycan xarici işlər nazirləri ilə keçirilən görüşdə iştirak edir və daha sonra Xl Bakı Qlobal Forumuna qatılacaq.

Maraqlı olan məqam üç ölkə xarici işlər nazirlərinin görüşündə Rusiyanın olmamasıdır. Halbuki bir müddət öncə Azərbaycanın da iştirakı ilə yaradılan “3+3” formatına əsasən üç Cənubi Qafqaz ölkəsinin problemlərinin və əməkdaşlıq məsələlərinin Rusiya, İran və Türkiyənin iştirakı ilə müzakirə edilməsi nəzərdə tutulurdu. Bu məqsədlə ötən ilin payızında Tehranda baş tutan toplantıda növbəti tədbirin İstanbulda keçirilməsi nəzərdə tutulmuşdu. O zaman bu formatda müzakirələrin əsas məqsəd Qərbi Cənubi Qafqaza buraxmamaq istəyi idi. Gürcüstan ilk zamanlardan bu formatda müzakirələrə qatılmaqdam imtina etmişdi, Ermənistan isə regional proseslərdən kənar qalmamaq üçün ayağını sürüyərək müzakirələrə qatılırdı, Azərbaycan isə bu məsələdə xüsusi həvəs göstərirdi.

Bu günkü görüşün tərkibindən belə məlum olur ki, artıq regional təmaslar və müzakirə platforması yeni reallığa uyğun qurulur. “3+3 ” formatı daha Türkiyəyə lazım deyil və bu üzdən də Ankara özünün əsas söz sahibi olduğu yeni regional müzakirə masası qurmağa çalışır.
Türkiyə ötən müddətdə Qərblə münasibətlərində ciddi dəyişiklikliyə nail olaraq özü Orta Şərqdə və Cənubi Qafqazda Qərb blokunun təmsilçisinə çevrilib. Ona görə də anti-Qərb marağı ilə regionda öz dominantlığını saxlamağa çalışan Rusiyanın və İranın bu formatdan kənar saxlanılması bu gün Ankaranın istəyinə uyğundur.

Bu günkü görüş Türkiyənin bu istiqamətdə diplomatik təşəbbüsü ələ alması üçün atılan mühüm addımdır və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına ciddi dəstək verən Ankara növbəti mərhələdə yəqin ki, Ermənistanı da bu regional platformaya cəlb etməyə çalışacaq
Bu məsələdə Qərb də Gürcüstan və Ermənistan üzərində olan təsirindən istifadə edib Türkiyənin regional lider kimi mövqeyinin güclənməsinə dəstək verməyə çalışacaq ki, Rusiyanın ənənəvi rolunu zəifləsin.
Türkiyənin Cənubi Qafqazda liderlik rolu həm də Azərbaycan və Ermənistan arasında sülhhün əldə edilməsinə bağlı olduğu üçün, bu məsələ indi Ankara üçün mühüm prioritet hesab olunur . Bu məqsədlə Azərbaycan hakimiyyəti üzərindəki təsir imkanlarından istifafə edən Ankaranın səylərinin nəticəsi olaraq dünən XI Bakı Qlobal Forumunda İlham Əliyev öz çıxışında əvvəlki aqressiv ritorikasından xeyli geri çəkilərək iki ölkənin real sülh astanasında olduğunu bildirdi və xarici işlər nazirlərinin Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərini müsbət məqam kimi vurğuladı . Bununla da o inaqurasiya mərasimindəki anti-Qərb ritorikasını xeyli yumşaltmış kimi göründü.

Bu baxımdan bir tərəfdən sülh danışıqlarında Qərbin vasitəçiliyi, o bir tərəfdən də regionda Türkiyənin liderlik təşəbbüsünü əla alması, bu dəfə sülh danışıqlarının perspektivinə daha çox ümidlə baxmağa əsas verir. Hakan Fidanın bu səfərindən öncə prezident Ərdoğan Türkiyənin AB -yə inteqrasiyasının ölkəsinin strateji məqsədi olduğunu idilə gətirərək Azərbaycanla Ermənistan arasında sülh əldə olunmasına çalışdıqlarını bildirmişdi. Burada ən incə və maraqlı məqam odur ki, Ankara çox gözəl bilir ki, onun lider olduğu və sülhün təminatçısı kimi çıxış etdiyi region əgər sürətlə AB -yə inteqrasiya edəcəksə, bu heç də Türkiyəsiz mümkün olmayacaq və bu Ankaranın Avropa Birliyinə üzvlüyü istiqamətdə şanslarını artırmış olacaq. Bütün bu gəlişmələr onu göstərir ki, Azərbaycan hakimiyyəti nə qədər mane olmağa çalışsa da, da bu günkü proseslər Azərbaycanın Avropaya inteqrasiyasını geosiyasi zərurətə çevirməkdədir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir