KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Belarus, Qazaxıstan və Azərbaycan, nə baş verir?

Fuad Gahramanlı: Belarus, Qazaxıstan və Azərbaycan, nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
90 0

Qlobal geosiyasi dəyişikliklər nə vəd edir?

Belarus prezidenti Aleksandr Lukaşenkonun təsdiq etdiyi “Prezident haqqında” qanuna görə özü və ailəsi prezident səlahiyyətlərinin həyata keçirdiyi dövrdəki hərəkətlərinə görə məsuliyyət daşıya bilməz, onun tutulması, həbs edilməsi və ya istintaqa cəlb edilməsi qadağandır.
Maraqlıdır deyildimi, durub dururkən Lukaşenkonun belə bir addım atması ilk olaraq ağla o sualı gətirir ki, Batya nəyin peşindədir, bu nə hazırlıqdır?

Xəzərin o tərəfəində də maraqlı gəlişmələr baş verməkdədir. Qazaxıstan prezidenti Tokayev bildirib ki, o 2026 – cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində deyil və buna görə Qazaxıstan konstitusiyası da dəyişdirilə bilməz. Nə olub diktator Lukaşenko ilə avtoritar Tokayev niyə belə gözlənilməz addımlar atırlar?

Təkcə bu adını çəkdiyimiz ölkələrdə deyil, bizdə də nələrsə baş verir. İlham Əliyevin birdən – birə 2025 – ci ilin prezident seçkilərini bu ilin fevralında təyin etməsi forma baxımından fərqli addım kimi görünsə də, mahiyyətdə Lukaşenko və Tokayevin haqqında bəhs etdiyimiz qərarları ilə eyni səbəbdən qaynaqlanır. Etiraf etməsələr də başa düşürlər ki, qlobal geosiyasi güc tarazlığının dəyişməsi və yaranmaqda olan yeni dünya düzənini postsovet məkanında oyun qaydalarını dəyişməyə doğru gedir.

Lukaşenko bunu nəzərə alaraq öz təhlükəsizliyini indidən qaranti altına almağa çalışır, Tokayev ağıllı təpənib kötük kimi özünü bu dəyişikliklərin qarşısına verib sonda pis formada səhnəni tərk etmək istəmir, üzü sulu getmək variantını seçir. Bizə gəldikdə isə İlham Əliyevdə 2025 – də indiki qaydada seçki keçirməyin mümkün olmayacağını nəzərə alaraq, istədiyi formada rəqabətsiz “seçkini” indi keçirib öz hakimiyyətini risqdən sığortalanmaq istəyir.

Çünki kifayət qədər məlumatlı olan bu adamlar artıq hiss edirlər ki, Ukrayna xalqının əli ilə Putinlə döyüşən kollektiv Qərb yeni dünya düzəni uğrunda savaşda qalib tərəfdir və müharibə müddətinin bir qədər uzanması Rusiyanı heç də labüd strateji məğlubiyyətdən qurtara bilməyəcək. Və təkcə Rusiya deyil, İran da ciddi şəkildə silkələnir. Tehran ya öz regional güc statusunu qorumaq üçün Orta Şərqdəki münaqişəyə birbaşa müdaxilə edəcək və bunun nəticəsində də dağıdıcı məğlubiyyətə uğrayacaq, ya da ki, öz qınına çəkilib proksi qüvvələrinin məhv edilməsinə səssiz qalıb regional güc statusunu itirəcək.

Bu perspektivin Rusiyanın Orta Şərqdə əl qolunu bağlayacağı, Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində uğurlu geosiyasi həmləsinin yolunu açacağı gözlənilir. Belə bir vəziyyətdə isə Kremlin, nə də ki, Azərbaycan hakimiyyətinin Türkiyəyə güvənməsi mümkün görünmür. Çünki baş verən geosiyasi dalğalanmalar Türkiyəyə regional güc kimi öz rolunu artırmaq və təsir imkanlarını genişləndirmək, Rusiya və İranın boşalan yerlərini tutmaq imkanları verdiyi üçün, Ankara bu halda öz dövlət maraqlarını əsas götürərək Qərblə birgə hərəkət etməyə üstünlük verəcək. Bu baxımdan Türkiyənin İsveç və Finlandiyanın NATO – ya üzvlük məsələsində Putini necə xəyalqırıqlığına uğratdığını xatırlamaq yerinə düşər.

Ona görə də 2024- cü ilin Orta Şərqdə və postsovet məkanında yeni güc tarazlığının yaranması və ənənəvi oyun qaydalarının dəyişməsi baxımından keçid mərhələsi olacağı kifayət qədər real sayıla bilər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir