KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Fransa Cənubi Qafqaza lövbər salır

Fransa Cənubi Qafqaza lövbər salır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
318 0

“Müstəqil namizəd Salome Zurabişvili keçmiş prezident Mixail Saakaşvilinin dəstəklədiyi namizəd Qriqol Vaşadzeni məğlub edərək, Gürcüstanın ilk qadın prezidenti ola bildi”.

Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, Zurabişvili hazırkı hakimiyyətin dəstəyini almasına baxmayaraq, seçkilərdə müstəqil siyasətçi kimi iştirak etdi:

“Zurabişvili Avropayönümlü kadr hesab olunurdu. Saakaşvili dönəmində – Gürcüstanda Amerika siyasətinin ön plana çıxdığı vaxtda xarici işlər naziri olan bu xanım Avropaya meylli diplomat kimi tanınırdı. Buna görə də, Salome Zurabişvilinin öz postundan getməsində, ABŞ-ın rolu olduğu deyilir.

Bu baxımdan, seçkilərin nəticəsi Gürcüstana nə vəd edir? İndiki halda Gürcüstanın xarici siyasətdə problemli münasibətlərə malik olduğu ölkə Rusiyadır. Yaxın vaxtlarda da bu münasibətlərin normallaşacağı gözlənilən deyil. Amma hazırkı hakimiyyətin ABŞ-dan çox, rəsmi Moskvaya meylli olması Rusiyanın Gürcüstana olan qəzəbini bir qədər sakitləşdirə bilər. Bunun gələcəkdə tərəfləri danışıqlar masasına çəkməsi mümkündür”.

R.Məmmədova hesab edir ki, Salome Zurabişvilinin hakimiyyətə gəlməsi, Avropa İttifaqının, xüsusilə də Fransanın Gürcüstanda nüfuz dairəsini genişləndirə bilər:

“Artıq Fransanın bölgədə Ermənistandan sonra Gürcüstanın siyasi həyatında da, özünə yer edəcəyinin mümkünlüyü haqda danışılır. Beləliklə, Salome Zurabişvilinin hakimiyyətə gəlməsi, Cənubi Qafqazda Gürcüstanı Fransanın əsas portnyoruna çevirə bilər. Təbii ki, bundan istifadə edən Fransa bölgədə gedən siyasi proseslərin mərkəzində yer almağa çalışacaq.

Əlbəttə, Ermənistanla sıx əlaqələri olan Fransanın Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycan baxımından o qədər də xoşagələn hal deyil. Bunun da səbəbi Ermənistan-Azərbaycan münaqişəsində Fransanın işğalçını – Ermənistanı dəstəkləməsidir”.

Müəllif: Mənsur Rəğbətoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir