KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: qonşu İranı da unutmayaq

Elhan Şahinoğlu: qonşu İranı da unutmayaq

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
273 0

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada imzaladığı bəyannamənin tarixi əhəmiyyətini və müttəfiqliyin gələcək konturlarını müzakirə edərkən qonşu İranı da unutmayaq. İranda sabah prezident seçkisidir. Seçkiyə 7 namizəd qeydə alınmışdı, 4-ü qaldı, 3-ü namizədliyini geri götürdü.

Namizədliyini geri görütənlər bunlardır: Əlireza Zakani, Səid Cəlili və Möhsün Mehralizadə. Birinci iki siyasətçi namizədliklərini mühafizəkarların lideri sayılan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər. Hər ikisi tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırıblar. İslahatçı namizəd sayılan Möhsün Mehralizadə isə tərəfdarlarına kimi dəstəkləməyi məsləhət görməyib. Bununla Əbdülnasir Həmmati seçkidə yeganə islahatçı namizəd kimi qalıb.

Böyük ehtimalla Əlireza Zakani və Səid Cəlili namizədlikləri qeydiyyatdan əvvəl İbrahim Rəisini dəstəkləyəcəklərini müəyyənləşdirmişdilər. Yəni hər iki namizəd faktiki İbrahim Rəisinin “layihəsi” olub. İranda keçiriən son rəy sorğusu prezident seçkisində İbrahim Rəisinin qələbə çalacağını göstərir. İbrahim Rəisi son sorğunun nəticəsinə görə 57 faizlə irəlidədir. O biri namizədlər 2-5 faiz arasındadırlar. Misal üçün namizədliklərini geri götürən 3 namizədin toplam reytinqi 5 faiz civarında idi. Ancaq İranda sorğu nisbi xarakter daşıyır. Son sözü həmişəki kimi ölkə əhalisinin əksəriyyətini təşkil edən İran gəncliyi deyəcək və sürpriz istisna deyil.

Seçkiyə bir neçə gün qalmış İŞİD qruplaşmasına məxsus terrorçular İran-İraq sərhədində partlayış törədiblər. Onlar elektrik xəttini partladıblar. Nəticədə İrandan İraqa elektrik ixracına bir müddət fasilə verilib. Seçki günü İranın bütün məntəqələrində təhlükəsizlik tədbirləri artırılacaq.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir