KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Rusiya hərbi kontingentinin Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb

Elhan Şahinoğlu: Rusiya hərbi kontingentinin Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
24 0

Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ müharibəsindən, o cümlədən Qarabağda separatizmə son qoyduqdan sonra növbəti uğurumuz sayıla bilər. Çünki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabr ayında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi var idi. Bu təhlükə ötən ilin sentyabr ayında Qarabağı tam nəzarətə götürməmizlə ortadan qalxdı və rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı. Buna baxmayaraq, bəziləri məsələyə yenə şübhəylə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır” kimi fikirlər səsləndirirdilər. Halbuki, Azərbaycanın yaxın tarixdə Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi. Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı, gah ermənilərin geri qayıdacağını deyir, gah da minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdilər. Minatəmizləmə işi ilə peşəkarlar məşğul olur, bunun üçün aylarla kurslar keçirilir, sıravi hərbçilərin bu işlə məşğul olmaları təhlükəlidir. Maraqlıdır ki, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasından bir gün əvvəl Dövlət Dumasının ermənipərəst deputatı, komitə sədrinin müavini Konstantin Zatulin açıqlamasında bildirmişdi ki, Rusiya hərbi kontingentinin Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb. Demək, onun Kremldəki qərardan əvvəlcədən xəbəri olub. Doğru qərar veriblər.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir