KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Moskova Ermenistan Azerbaycan barışını istiyor mu

Elhan Şahinoğlu: Moskova Ermenistan Azerbaycan barışını istiyor mu

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
41 0

Kreml Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını istəyirmi? Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesinin nəzarətində olmasını istəyir, onun nəzarətindən kənar sülh prosesi və çərçivə sazişi maraqlarına cavab vermir. Misal üçün Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə bildirib ki, İrəvan sərhəd kəndləri məsələsində Bakıya güzəştə getməsə, o zaman həftənin sonunda müharibə başlaya bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə diqqəti kəndlərin qaytarılmasının sülhə xidmət edəcəyinə yönətlmək əvəzinə, Paşinyanın müharibə ifadəsindən yapşıb. “Avropa Birliyi, NATO və Vaşinqtondan olan yeni kuratorlar işi görün hansı yerə çatdırdılar” deyə Zaxarova Paşinyanın bəyanatının Rusiya ilə heç bir əlaqəsi olmadığını vurğulayıb. Mariya Zaxarova Paşinyanın siyasətinin və açıqlamalarının qərblilərlə məsləhətləşmələrinin nəticəsi olduğunu deyib. Paşinyanın son açıqlamalarının leytmotivi Ermənistana məxsus olmayan kəndlərin Azərbaycana qaytarılması ilə bağlıdır. Bu haqda isə Zaxarova və digər Rusiya rəsmiləri açıqlama vermirlər. Halbuki, 4 kəndin Azərbaycana qaytarılmasının Qərblə əlaqəsi yoxdur, bu Nikol Paşinyanın qərarıdır, çünki reallıq bunu diktə edir, üstəgəl bu şifahi razılaşma Rusiya prezidenti Vladimir Putinin də 9 noyabrda Azərbaycan və Ermənistan liderləri ilə imzaladığı üçtərəfli bəyanatla əlaqəlidir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir