KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: ermənilərin Qarabağa geri dönüşü mümkün mü

Elhan Şahinoğlu: ermənilərin Qarabağa geri dönüşü mümkün mü

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
140 0

Qarabağ separatçılarının “keçmiş lideri” Samvel Şahramanyan Ermənistan İctimai Televiziyasına müsahibəsində ermənilərin Qarabağa geri dönüşünün mümkün olduğunu deyib. Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıdışı qlobal güclərin – Avropa, ABŞ və Rusiyanın maraqlarına cavab verir. Şahmaranyan ermənilərin geri dönüşünü Azərbaycanın da istədiyini iddia edərək bu istiqamətdə danışıqlara başlamağın mümkün olduğunu vurğulayıb. Maraqlıdır ki, Samvel Şahramanyan jurnalistin “Siz də qayıtmaq istəyirsinizmi” sualına cavabdan yayınaraq “bunun vaxtı gəlməyib” deməklə kifayətlənib. Samvel Şahramanyan Ermənistanın Qarabağ ermənilərinin vətəni olduğunu söyləməyi də unutmayıb.

Samvel Şahramaynanın bu açıqlamalarından hansı nəticə hasil etmək olar? Birincisi, Samvel Şahramanyan ermənilərin geri dönüşü mövzusunu Bakı ilə müzakirə etmək istəyir. İkincisi, Samvel Şahramanyan hesab edir ki, rəsmi Bakı Ermənistana köç edən ermənilərin geri qayıdışında maraqlıdır. Samvel Şahramanyanın məntiqinə görə, Azərbaycan ermənilərin geri qaydışını beynəlxalq təzyiqdən qurtulmaq üçün həyata keçirmək istəyir. Samvel Şahmaranyan “qatarın getdiyini” anlamaq istəmir. Rəsmi Bakı Qarabağ ermənilərinə Ermənistana köç etmədən öncə müraciət etmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edin və evlərinizdə yaşayın. Qəbul etmədilər, getdilər. Bu baş verdikdən sonra rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin ermənilərin geri qayıtmasında maraqlı olduğunu söyləmək mümkün deyil. Digər tərəfdən gedənlərin hamısının cibində Ermənistan pasportu var. Azərbaycan ermənilərə Ermənistan pasportları ilə Qarabağda yaşamağa icazə verməyəcək. Dünya qarışıb, Yaxın Şərqdə vəziyyət gərgindir. Şahmaranyana isə elə gəlir ki, beynəlxalq birlik ermənilərin Qarabağa geri dönüşü ilə bağlı Azərbaycana təzyiq edir. Bunun da reallıqla əlaqəsi yoxdur. Samvel Şahramanyanın nə deməsindən asılı olmayaraq, Ermənistana köçən ermənilərin geri qayıtmaq fikirləri yoxdur, “biz türklərlə birgə yaşamaq istəmirik” deyib tutublar. Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işləri var?
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir