KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Çin və Rusiya ABŞ-ni Yaxın Şərqdə yubadıb,Ukraynada,Tayvanda aqressivləşə bilərlərmi?

Kamal Aliyev: Çin və Rusiya ABŞ-ni Yaxın Şərqdə yubadıb,Ukraynada,Tayvanda aqressivləşə bilərlərmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
138 0

Yaxın Şərqdə baş verənlərin alt qatında Çin və Rusiyanın iştirakını görməzdən gəlmək sadəlövhlük olar.Hərçənd,ABŞ bir müddətdir Yaxın Şərqdəki hərbi varlıgının sayını azaltmaq istəyirdi.Donald Trumpın vaxtında bu taktika aydın nəzərə çarpırdı.Vaşinqton Yaxın Şərqdəki resurslarını Rusiya və Çinlə mübarizəyə yönəltmək istəyirdi.Hətta ABŞ İranla nüvə sazişinin üzərində işləyirdi,rejimin müəyyən miqdarda dondurulmuş maliyyə hesablarının üzərindəki qadagaları da götürmüşdü.Amerkalılar hətta Çin və Rusiya ilə mübarizə strategiyasında ən azından İranın neytrallıgına nail olmaq istəyirdilər.Son hadisələr fonunda bu hədəf necə deyərlər,suya düşdü.

Reallıq budur ki,ABŞ və İran Yaxın Şərqdə üz-üzə gəlmək istəmirlər.Hər iki dövlət bölgədə birbirlərinin potensialına,resurslarına,hətta zəif nöqtələrinə bələddirlər.Xüsusilə,İranın əlində Hürmüz bogazı kimi rıçaq var.Bu,ABŞ-nin Avropadakı müttəfiqləri üçün həssas mövzudur.
Son olaraq,Yaxın Şərqdə İsrail-Fələstin qovgasının davam etməsi ən çox Çin və Rusiyanın geosoyasi maraqlarına cavab verir.
Eyni zamanda,hazırda İsrailin təhlükəsizliyi ABŞ üçün daha vacibdir,nəinki Ukrayna.Bunu Pekin və Moskvada da anlayırlar.

Çin və Rusiya ABŞ-nin Yaxın Şərqdə bir müddətdə ilişib qalması üçün “HƏMAS”və iranyanlı proksiləri silahlandırmaqda davam edəcəklər.Məqsəd heç də mürəkkəb deyil:ABŞ və onun avropalı müttəfiqləri bütün resurslarını Yaxın Şərqə yönəltsinlər.Ruslar və çinlilər proqnozlaşdırırlar ki,ABŞ eyni anda bir neçə müharibə apara bilməyəz və Vaşinqton müəyyən müddətdən sonra bu külfətdən qurtulmaq üçün masaya gələcək.
Görünən budur ki,Pekin və Moskva ABŞ-ni Yaxın Şərqdə bir az məşgul edib uygun olaraq,Ukrayna və Tayvan məsələsini qapamaq niyyətindədirlər.
Bundan əlavə,ABŞ kəşfiyyatına görə,”HƏMAS”Qəzza zolagında 3-4 ay da müqavimət göstərə bilər.Belə olan halda,Rusiya Ukraynada,Çin də Tayvan məsələsində daha da aqressivləşə bilərlər.
Üstəlik,”B”variantı kimi İran Pekin və Moskvadan təlimat alaraq,öz proksiləri vasitəsilə ABŞ-a qarşı yeni cəbhələr də aça bilər.Necə deyərlər,dananın quyrugu da o zaman qopa bilər.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir