KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Çin məsuliyyəti başqalarının boynuna atır

Elhan Şahinoğlu: Çin məsuliyyəti başqalarının boynuna atır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
408 0

Koronavirus dünyaya Çindən yayıldı. Bugünlərdə xarici nəşrlərdən biri virusun ilk yayıldığı şəhərdən – Vuhandan reportaj hazırlayıb. Bu şəhərdə yaxınlarını itirən şəxslər nəşrin əməkdaşına narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, vurisa yoluxma haqqında ilk günlər heç bir bilgi verməyiblər. Ona görə də müalicə gecikib və yaxınlarını itiriblər. Bir çox ölkə də Çinə qarşı eyni ittihamı irəli sürür ki, Pekin virus barədə ilk günlərdə məlumat verilsəydi xəstəliklə daha effektiv mübarizə təşkil etmək olardı.
Çinin hakimiyyət orqanları virusun yayılmasına görə məsuliyyəti boynundan atmağa çalışıraraq yeni “strategiya” icad ediblər: “Virus Çinə Avropadan dondurulmuş qida məhsullarından keçib”. Bu məqsədlə Çində Qərb ölkələrindən gətərilən dondurulmuş məhsullara qarşı əsl müharibə başlayıb.
Dondurlmuş qida məhsulları istehsal edən ölkələr, Pekinin koronavirusun yayılmasından məsul olduğu iddia edilən dondurulmuş idxal olunan məhsulların Çin tərəfindən sürətlə araşdırılmasını tənqid edirlər. Çin, Almaniyadan gətirilən donuz əti, Braziliyavə Argentinanın mal əti, o cümlədən Hindistan balığı da daxil olmaqla 20 ölkədən virusun guya qablaşdırmada aşkarladığını açıqlayıb. Bununla birlikdə, xarici ölkələrin ticarət nümayəndələri Çin səlahiyyətlilərinin heç bir dəlil gətirmədiyi üçün virusla bağlı iddiaların ticarətlərinə təsir etməsindən və səbəbsiz yerə idxal olunan qidanın nüfuzuna xələl gətirdiyindən şikayətlənirlər.
Dünya Ticarət Təşkilatının 5-6 Noyabr tarixlərində keçirdiyi toplantıda, Kanada Çinin dondurulmuş qidaları sınaqdan keçirməsini və müsbət nuklein turşusu testləri olan məhsullarını rədd etməsini “əsassız ticarət məhdudiyyətləri” olaraq xarakterizə edib və Pekini bu siyasəti dayandırmağa çağırıb. ABŞ, İngiltərə, Braziliya, Avstraliya və Meksika tərəfindən dəstəklənən Kanada, Çinin bu tədbirlər üçün elmi əsaslara söykənmədiyini vurğulayıblar. ABŞ Kənd Təsərrüfatı Nazirliyi açıqlama verərək, Çinin idxal olunan qida məhsulları ilə bağlı ən son COVID-19 məhdudiyyətləri elmi əsasa dayanmadığını və ticarəti əngəllədiyini bildirib.
Bu arada, digər beynəlxalq təşkilatlar da nə qidaların, nə də qablaşdırmanın virus üçün bilinən bir yoluxma yolu olmadığını açıqlayıblar. Buna baxmayaraq, Çin virusun dondurulmuş qidalardan və qablaşdırmadan yoluxa biləcəyini iddia etməkdə israrlıdır.
Almaniya Çin rəsmilərini dondurulmuş donuz ətinin infeksiya mənbəyi olduğuna dair iddialarını yalanlayıb. Almaniyanın Qida və Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü yoluxmanın nəzəri cəhətdən mümkün olduğunu, ancaq istehsal etdikləri dondurulmuş donuz ətində indiyənə qədər belə hallara rast gəlinmədiyini bildirib. Eyni açıqlamanı Çinə ət ixrac edən Yeni Zelandiyanın və Braziliyanın rəsmiləri də səsləndiriblər.
Buna baxmayaraq, Çin rəsmiləri israrlıdırlar və havanın soyuması ilə bir çox xarici ölkədə yeni koronavirus dalğasının baş qaldırdığı üçün idxal olunan qida məhsullarının qablaşmalarında virus yoxlamalarını gücləndiriblər. Çinin Milli Qida Təhlükəsizliyi Riskinin Qiymətləndirmə Mərkəzinin direktor müavini Li Nin jurnalistlərə açıqlamasında da deyib: “Paketlər vurussuz deyil”. Linin sözlərinə görə, paketlər üzərində koronavirusun pozitivlik dərəcəsi 10 000-ə 0.48 olduğu halda, bu nisbət aparılan testlərin sayı ilə artır. Li virusun qablaşdırmadan “müəyyən dərəcədə” insanlara ötürülə biləcəyini desə də, nə o, nə də başqa Çin rəsmiləri təsdiqlənmiş hallardan missal çəkməyiblər.
Çinin məqsədi aydındır. Pekin virusun yayılmasına görə məsuliyyəti başqalarının boynuna atmağa çalışır və buna görə də vurisi Çinə idxal edilən dondurulmuş qida məhsullarında axtarır. Ancaq ortada təsdiq olunan fakt yoxdur. Çinin bu siyasəti dondurulmuş qida məshulları idxal edən şirkətlərin və dövlətlərin imicinə mənfi təsir edir.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir