KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsun!

Elhan Şahinoğlu: Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsun!

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
322 0

Rusiyada Azərbaycan üçün yeni mövzu tapıblar: Dağlıq Qarabağ münaqişəsi bitdiyindən Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsun!

Rusiya müharibədən əvvəl və müharibə zamanı Ermənistanı istənilən qədər silahla təhciz etdi və bu proses indi də davam edir. Rusiya bugünə qədər Azərbaycan ərazisinə atılan “İsgəndər – M” raketlərinə aydınlıq gətirməyib. Bunun qarşılığında Azərbaycanın Türkiyə ilə hərbi ittifaqı güclənib və bu ittifaq getdikcə güclənəcək. Bunlar varkən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil. İki il öncə “Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkündür” fikrini səsləndirən millət vəkillərindən biri ilə qiyabi polemikamız oldu. O fikrini belə əsaslandırırdı ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsa Rusiyadan daha münasib qiymətə hərbi texnika alacaq. Həqiqətən Azərbaycan bir neçə il ərzində Rusiyadan hərbi texnika alıb, ancaq sonra bu sahədə əsas tərəfdaşlarımız Türkiyə, İsrail və Belarus oldu. Misal üçün Azərbaycan ötən il Rusiyadan hərbi texnika almayıb. Bu bizə artıq lazım deyil. Rusiyanın hərbi texnikasıyla Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür. Ona görə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olaq və Rusiyadan ucuz qiymətə hərbi texnika alaq” bəhanəsi artıq işləmir.

Avrasiya İqtisadi Birliyinə gəldikdə bu quruma üzv olan ölkələr belə təşkilatdan narazıdırlar. Türkiyə və Azərbaycan Türk Şurasını gücləndirməyə qərar veriblər. Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan və Özbəkistan da bunda maraqlıdırlar. Ancaq əgər Zəngəzur dəhlizi işə düşərsə və bununla regional layihələrin reallaşması sürətlənərsə Avrasiya İqtisadi Birliyinə maraq arta bilər. Bu məsələdə Bakı ilə Ankaranın koordinasiyası vacibdir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir