KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: anti-Azərbaycan və anti-Türkiyə faliyyətlərini gücləndi

Elhan Şahinoğlu: anti-Azərbaycan və anti-Türkiyə faliyyətlərini gücləndi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
136 0

Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi və ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsi dünyanın müxtəlif ölkələrində erməni lobbisini “hərəkətə” gətirib, anti-Azərbaycan və anti-Türkiyə faliyyətlərini gücləndiriblər. Erməni radikallar sentyabrın 29-da ABŞ-ın Cənubi Kaliforniya Universitetində Türkiyənin İctimai Diplomatiyası mövzusunda keçirilən konfransın iştirakçılarına hücum ediblər. Bu başlanğıcdır. Tədbir iştirakçıları şifahi və fiziki təzyiqlərə məruz qalıblar. Oxşar xəbərlər Livandan gəlib, orda yenə Azərbaycan səfirliyinə hücum etmək istəyiblər.

Qarabağda 1980-cı illərin sonlarında separatizmin vüsət almasında ABŞ və Fransadakı erməni diasporunun rolu danılmazdır. Erməni separatçıları silah almaq üçün gərəkli maliyyəni məhz erməni diasporundan əldə edirdilər. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun xanımı Raisa Qorbaçovaya Fransada bahalı hədiyyələr verən də erməni diasporunun nümayəndələri idi. Hədiyyələr havayı verilmirdi, məqsədləri o idi ki, Raisa əri Mixaili inandırsın ki, “Qarabağ Ermənistana birləşdirilməlidir”. Erməni diasporu növbəti mərhələdə ASALA terror təşkilatının üzvlərini Ermənistan üzərindən Qarabağa yollamağın maliyyəsini təşkil edirdi. Azərbaycanın uğurlu anti-terror əməliyyatından sonra ASALA-nın yenidən peyda olacağını istisna etmirəm, bəlkə də çirkin niyyətlərini həyata keçirmək üçün “yeni planlar” üzərində işləyirlər. Qarabağ məsələsini həll etdik, ancaq Türkiyə ilə birgə erməni ideologiyası və erməni terrorizmi ilə mübarizəmiz davam edəcək.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir