KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Əli Kərimlinin müsahibəsi və siyasət dərsi

Fuad Gahramanlı: Əli Kərimlinin müsahibəsi və siyasət dərsi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
119 0

Ədalətli münasibət, strateji yanaşma və üstün tutulan milli maraqlar.

Dünən Əli Kərimlinin “Azərbaycan Saatı”nda yayımlanan müsahibəsi çox önəmli idi. Çünki son günlər müxalifət düşərgəsinin özündə belə Qarabağda baş verənlərlə bağlı ciddi fikir ayrılıqları yaranmışdı. Bu proseslər necə qiymətləndirilməlidir, həqiqət hardadır? Əli bəy dünənki müsahibədə bu suallara çox aydın, məntiqli və ədalətli cavablarla yaranmış fikir ayrılıqlarına demək olar ki, tam aydınlıq gətirmiş oldu. Ona görə də dünənki çıxışı ilə, o, həm də bir müxalifət lideri kimi öz missiyasını uğurla yerinə yetirmiş oldu.

Əslində son günlər yaranmış situasiya özünü peşəkar siyasətdə görənlər üçün bir imtahan idi. Sağdan soldan gələn müxtəlif fikirlərin təsirinə düşmədən, inkarçı populizmə uymadan, rejimə münasibətlə milli maraqlara münasibəti qarışdırmadan nə qədər rasional və strateji baxış sərigələyə bilməyin imtahanı idi. Bu bir neçə gündə kimin təfəkkür imkanı nədir, prosesləri qavrama qabiliyyəti necədir, öncəlik verdiyi dəyərlər hansılardır bütün bunlar çox aydın şəkildə göründü. Əli Kərimlinin dünənki müsahibədə keçdiyi siyasət dərsi isə cəmiyyətə imkan verdi ki, onun bu aydın, ədalətli və məntiqli təhlil və fikirlərinə istinad edib fərqli fikirlər ifadə edənləri doğru qiymətləndirə bilsin.

Əli bəy Qarabağda baş verənləri uğur kimi dəyərləndirməklə təkcə strateji düşüncəsi olan bir lider kimi çıxış etmədi, o, həm də milli maraqlarımız və dövlət suverenliyimiz kimi önəmli məsələləri müxalifətdə olduğu rejimə münasibətin fövqündə tutmağı bacardığını nümayiş etdirdi. Bununla da, o, müxalifətdə olmasına baxmayaraq dövlət ərkanına malik və ölkəsinin milli maraqlarının məsuliyyətini daşıyan lider kimi çox doğru və səbatlı bir mövqe göstərdi. Hakimiyyətə idda edən bir partiyanın və müxalifət düşərgəsinin lideri üçün bu cür mövqe tutmaq, həm də onun səmimi olaraq cəmiyyətin, dövlətin maraqları üçün mübarizə apardığına köklü bir ictimai etimad, güvən yaradır.

Son günlərin hadisələri həm də bir imtahan idi dedik. Əli bəy bu günlərdə verdiyi müsahibələr və yazdığı yazılarla “Qarabağda heç nə baş verməyib, hər şey rusun oyunudur” deyən inkarçı populistlərin öz güncəl, dar, məhdud çərçivəli baxışları ilə müxalifəti marginallaşdırmaq, cəmiyyətdən təcrid etmək cəhdlərindən qorudu. Əslində hakimiyyət çox istəyərdi ki, müxalifət ölkənin əsas milli probleminin həllinə obyektiv qiymət verə bilməyib marginalaşsın, ictimai rəydə təcrid olunsun və ordumuzun əldə etdiyi nəticələri də rejim istədiyi kimi istismar etsin. Ancaq Əli bəy dünənki müsahibə ilə ordumuzun gücü və yeni geosiyasi fürsətlər hesabına Qarabağda separatizmin məğlub edilməsini mühüm bir bir uğur kimi qiymətləndirməklə, həm də siyasi qərəzdən uzaq obyektivlik nümunəsi ortaya qoydu.

Əli bəy bəy dünənki müsahibədə 28 maya, Cümhuriyyət tariximizə və. s – yə qərəzli və qısqanc yanaşan İlham Əliyevin yolunu getməyərək, hakimiyyətdə kimin olmasından aslı olmayaraq Qarabağda əldə olunan nəticələri millətimiz, dövlətimiz adına uğur olduğunu deməklə mənəvi baxımdan necə üstün olduğunu, dövlət və xalq maraqlarını heç vaxt siyasi çəkişmələrə qurban vermədiyini göstərdi.

Bütün müsahibə boyu, o, rejimin mahiyyətindən doğan problemləri də vurğulamaqla, əslində, həm də onun mesajını verdi ki, Qarabağdakı nəticələr bu hakimiyyətin korrupsioner, zorakı və saxtakar mahiyyətini heç bir halda arxa plana keçirə bilməz . Bu baxımdan, o, sonda azərbaycanlıları qalib xalq olaraq normal, ədalətli dövlət qurmaq üçün bir daha mübarizəyə səsləməklə, bu ölkədə müxalifətçiliyin əsas hədəfinin avtoritar rejimi dəyişmək olduğunu və Qarabağdakı uğurların da bu istiqamətdəki mübarizəyə yeni imkanlar yaratdığını bildirdi.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir