KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Dr Nazim Cafersoy: Ermənistanda Sarkisyan faktoru ya da “ingilis barmağı”

Dr Nazim Cafersoy: Ermənistanda Sarkisyan faktoru ya da “ingilis barmağı”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
337 0

Ermənistandaki proseslərin mövcud mənzərəsində prezident Armen Sarkisyan ən kritik rolu oynayacaq fiqura çevrilib. Düzdür konustitutsiyaya görə, Ermənistan prezidentinin səlahiyyətləri baş nazirlə müqayisədə xeyli məhdud və bəzən də simvolikdir. Ancaq mövcud siyasi vəziyyətdə prezident sistemdə balansı saxlaya biləcək fiqura çevrilib. Sarkisyan son 3 aydır baş nazirlə, müxalifətlə, siyasi partiyaların parlament fraksiyalari ilə aktiv görüşlər keçirir. Prezident xarici ölkələr nümayəndələri tərəfindən də artıq ciddi fiqur kimi nəzərə alınmağa başlayıb.
Paşinyan ilə ordu arasında son böhranda da prezidentin mövqeyi mühüm rol oynayacaq. Belə ki, Paşinyan artıq qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsi haqqında prezidentə təqdimat yazıb. Prezident ya 3 gün içində (vaxt sabah dolur) təqdimatı təsdiqləməli ya da Konustitutsiya Məhkəməsinə göndərməlidir. KM-nin isə mövzu ilə bağlı 5 gün ərzində qərar verməsi şərtdir. Prezident bu iki addımdan birini atmasa Paşinyanın təqdimatı qüvvəyə minəcək. Müxalifət prezidentə təqdimatı baş nazirə geri göndərməyi təklif edib. Prezident isə açıqlamalarda balansı qorumağa çalışır. O bugün öncə Qasparyan, sonra isə Paşinyanla görüşüb. Bu arada 25 fevralda Qasparyanın taleyi Paşinyanın Putinlə görüşündə də müzakirə edilməsi çox yüksək ehtimaldır. Paşinyanın bu görüşdən sonra da Qasparyanın istefasında təkid etməyə davam etməsi də maraqlıdır. Xalq dəstəyi davam edən, bütün müxalifətin 3 aydır yıxa bilmədiyi bir baş nazirin məğlub ordunun qərargah rəisinə uduzması isə şübhəli görünür. Paşinyan müxalifət üçün müəyyən güzəştlər etsə də Qasparyanın getməsini təmin etməsi mümkündür. Onun yerine Rusyanin başqa bir adamını gətirə bilər. Qərargah rəisinin yetkililerini minimize edecek dəyişikliklər də gündəmə gələ bilər.
Prezidentin böhranda necə qərar verəcəyi həm də onun təmsil etdiyi strateji xətlə yaxından əlaqəlidir. Armen Sarkisyan 20 il (1998-2018) Ermənistanin Böyük Britaniyada səfiri olub. Karyeralı diplomatdır. Bütün diplomatik kareyarasi Qərbdə, konkret olaraq İngiltərə, Belçikada ümumən Avropada keçib.Qərbin və konkret olaraq “İngiltərənin adamı” da demək olar. Həyatında cəmi 4 ay Petrosyanin Baş nazir olub və onun istefası sonrasında 1997-ci ildə Koçaryan tərəfindən vəzifədən çıxarılib.
Prezident Sarkisyanin böhrandaki mövqeyi Qərbin oyun planı da qismən ortaya qoyacaq. Bu oyun planı Paşinyani dəstəkləmək ola biləcəyi kimi, onu bənzər biri ilə əvəz etmək olar bilər. Sarkisyanin hələlik balanslı davranmağa çalışması Ermenistanda Paşinyan ilə Sarkisyan arasında vəzifə bölgüsünun nəticəsi kimi də yozula bilər, Qərbin Paşinyan gedərsə sistemdə Sarkisyan vasitəsilə təsir imkanlarını qoruma məqsədi də daşıya bilər.Xatirladaq ki, 10 noyabr ateşkesindən sonra Sarkisyan hökumətin istefasını tələb etmiş və bu da hökumətlə gərginliyə səbəb olmuşdu.
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir