KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Dağlıq Qarabağ üçün Haiti ssenarisi

Cemil Hasanlı: Dağlıq Qarabağ üçün Haiti ssenarisi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
179 0

 

Bu məktub 1994-cü ilin dekabr ayının 3-də Rusiya Prezidenti Boris Yeltsin tərəfindən Amerika prezidenti Bil Klintona yazılıb. ABŞ-da işləyərkən Corc Vaşinqton Universiteti yanında Amerika Milli Təhlükəsizlik Arxivində görmüşdüm bu məktubu. ABŞ Milli Təhlükəsizlik Arxivi Yeltsinin məxfi məktubunun surətini prezident Klintonun kitabxanasından əldə edib və 2018-ci ilin aprelində sənədin üzərindən qadağanlıq qrifini qaldırılıb.

1994-cü ilin dekabr ayının 4-6-I tarixlərində keçirilən ATƏT Budapeşt sammitinin açılışından bir gün əvvəl yazılıb bu məktub. Orada söhbət Rusiya – Amerika və Rusiya – NATO əməkdaşlığından gedir. Bunlar qalsın bir tərəfə. Məktubun bizim üçün əhəmiyyətli olan hissəsi Dağlıq Qarabağda “Haiti ssenarisinin” həyata keçirilməsinin razılaşdırılmasıdır. Noyabr ayının 30-da və dekabr ayının 2-də də Yeltsinlə Klinton arasında bu barədə yazışmalar olmudu.

“Haiti ssenarisi” nə demikdir? 1991-ci ilin sentyabr ayında hərbi çevriliş nəticəsində Haiti prezidenti Jan-Bertran Aristid hakimiyyətdən devrilib əvvəlcə Venesuela, oradan da ABŞ-a qaçmışdı. 1994-cü ilin iyulun 31-də BMT Təhlükəsizlik Şurası Haitidə “satabiliik” yaratmaq və hərbçilər tərəfindən devrilmiş prezidenti Jan -Bertran Aristidin hakimiyyətini bərpa etmək məqsədilə Haitiyə vahid komandanlıq altında Amerika, Karib hövzəsi, Latın Amerikası və Avropa ölkələrinin çoxmillətli qüvvələrinin göndərilməsi barədə qətnamə (Operation Uphold Democracy) qəbul etmişdi. 1994-cü ilin sentyabrında əməliyyat başlanmış və qısa müddətdə uğurla başa çatdırılmışdı.

İndi həmin “Haiti ssenarisini” Dağlıq Qarabağa” tətbiq etməyi planlaşdırırdılar. Yəni söhbət BMT Təhülükəsizlik Şurasının qərarı ilə Dağlıq Qarabağa çoxmillətli sülhyaradıcı qüvvələrin göndərilməsindən gedirdi və bu qüvvələr ermənilərin işğal etdiyi ərazilərdə təhlükəsizliyini təmin etməli idi. Məktubdan göründüyü kimi Rusiya Prezidenti Boris Yeltsin də buna razı idi. ATƏT-in qarşıdakı Budabeşt sammitində Avropa ölkələrindən də Dağlıq Qarabağda “Haiti ssenarisi”nin həyata keçirilməsinə xeyir – dua alınmalı idi.

Amma bütün bunlardan Azərbaycan xalqının xəbəri yox idi. Həmin vaxt ölkəni idarə edən Azərbaycan hakimiyyətinin “Haiti ssenarisi”dən xəbəri vardımı? Maraqlı sualdır!?
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir