KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Kuzey Kafkasya
  4. »
  5. Cemaleddin H Quliyev: Şimali Qafqazda indi nə oldu belə?

Cemaleddin H Quliyev: Şimali Qafqazda indi nə oldu belə?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
223 0

Şimali Qafqazda qəfildən püskürmüş antisemit qəzəbindən, yəhudi poqromlarından xəbəriniz var. Yüz illərdir oralarda yəhudi yaşayır. Amma belə hal baş vermirdi, indi nə oldu belə?

Bundan cəmi iki gün əvvəl baş vermiş başqa bir hadisə var, məntiqlə şimali qafqazlı qardaşlarımızı o daha çox narahat etməli idi.

Moskvanın Kotelniki deyilən, 70 minədək əhali yaşayan qəsəbəsindəki ibadət evində (məscid statusu yoxdur) ötən cümə camaat namazı vaxtı qəfildən Rusiya güc strukturlarının əməkdaşları “oblava” aparıb, 18 yaşdan yuxarı gənc miqrant və ya ikili vətəndaşlığı olan müsəlman kişiləri orduya səfərbər edildiklərini bildiriblər, 30-yaşdan-50 yaşadək olanları isə hərbi xidmət keçmək üçün kontrakt imzalamağa məcbur ediblər.

Rus provaslav kilsəsinin orqanı kimi çxış edən, avrasiyaçıların “peyğəmbəri” Aleksandr Duginin sevimli “tsargrad” kanalı xəbəri sevinclə paylaşır. Xəbərlərə yazılan şərhlərin ümumi məzmunu belədir-“Onlara bu da azdır, qoy gedib rus işi naminə qırılsınlar”.
Bəs “rus işi” naminə ən çox qırılan kimlərdir-şimali qafqazlı din və coğrafiya ortaqlarımızla, orta asiyalı miqrant din və dil ortaqlarımız.
Rusiya çoxetnoslu ölkədir, bütün vətəndaşların haqlı ya haqsız olmasından asıl olmayaraq aparılan savaşa cəlbində hüquqa zidd heç nə yoxdur. Qəbahət olan yuxarıda təsvir etdiyim haldır : insanlar ibadət zamanı vətəndaşlığına məhəl qoyulmadan zorla cəbhəyə, “mərmiyə qarşı ət çəpəri” olmağa göndərilir.

Qəbahət olan cəlb olunanların hüquqi statusunun, səhhətinin, dini inancının, Rusiya qanunvericiliyi və beynəlxalq öhdəliklərlə tənzmlənən güzəştlərinin nəzərə alınmamasıdır. Bunun doğurduğu nəticə qəbahətlidir.

Qırılanların çoxunun buddist (türk və monqol mənşəli xalqlar) və müsəlmanlar (şimali qafqazlılar, azərbaycanlı və ortaasiyalı miqrantlar) olması qəbahətdir.

Sadəcə qəbahət deyil, bu, etnosidin orta çağdan qalma çox qaba növüdür.

Bəs, bizim din təəssübkeşi ictimai fəalların bu barədə bircə qeydini xatırlayan varmı? Mənim rastıma çıxmayıb.

Dağıstanlı , şimali qafqazlı qardaşlarımızın bu haqda geniş etirazlarına rast gəlmisinizmi? Mən rast gəlməmişəm.

Hər il yalnız mühacirətdə yaşayan şimali qafqazlılar çərkəz, noğay, vaynax soyqırımları haqda sönük kampaniyalar edirlər, bir -iki saat sosial şəbəkələrdə hansısa poster paylaşılır və iş bitmiş sayılır.
Bizdən cənubdakı dinin dayağı, mostəzəəfanın pənahı, daha nəsə olan ölkədə bu istiqamətdə bircə tədbir, yazı rastınıza çıxıbmı? 20 ildən çoxdur az qala hər iş günüm onların mediasını oxumaqla başlanır. Mənim rastıma çıxmayıb.

Özgə paytaxtların havasında olan dindar fəallarımızın bircə dəfə o soyqırımları anmasını xatırlayrısınızmı? Mən xatırlamıram.

1990-larda çeçenlərin üçdə biri qırılıb çatılında adında “islam”, “müsəlman” sözləri olan qurumlardan bircəciyinin etiraz səsini qaldırmasını, gedib rus səfirliyinə bir qətnamə, petisiya təqdim etməsini xatılayrısınızmı? Mən xatırlamıram.

Bəlkə Krım tatarlarına qarşı indi də davam edən soyqırım haqda etiraz ediblər?

Ya Modi hakimiyyətə gələndən bəri Hindistanda daha da şiddətlənən islamofob aparteidə etiraz ediblərmi?Myanmadakı rohinca qırğınına qarşı qonşulardan Türkiyə istisna etiraz edən biri vardımı? BMT belə o hadisəni soyqırım kimi tanıdı, amma nə Ağaların, nə də onların bizdəki təəssübkeşlərinin tükü tərpənmədi.

Qayıdaq Şimali Qafqazda cərəyan edənlərə. Özlərinə qarşı soyqırıma etinasız olan, deportasiya günlərini belə qeyd etməyə cəsarəti olmayan cəmiyyətlərin birdən -birə coşmasına , özgə dərdinə belə sahiblənməsinə ciddətən inanırsınız?

Hə, onu da əlavə edim. Fələstin mandatı ərazisində yaradılmış ilk müsəlman ərəb dövlətində-İordaniyada yerli əhali və 1948-dən sonra gələnlər hakim Haşimilər sülaləsinə qarşı qiyama qalxanda o qiyam çərkəzlərin köməyilə yatırılmışdı. Ərəb ölkələrində bütün şimali qafqazlılara “çərkəz” deyilir, bir osmanlı ənənəsidir. Yəni fələstinlilərin öz tarixi ərazilərindən birində dövlət olmalarının qarşısını alan şimali qafqazlı qardaşlarımızdır. İsrail ərazisində də, işğal edilmiş ərazilərdə yaşayan çərkəz icması təbii ki, İsrailn yanındadır. Qüdsdə İsrailin xeyir-duası ilə çeçen məscidi də inşa edilib. Yeri gəlmişkən, son toqquşmalarda Fələstin tərəfinin ilk hədəflərindən biri də həmin məscid idi.

Dağıstanda baş verənlər sadəcə mənfi hal deyil, təhlükəlidir. Bizim sərhəddir, Dağıstanın dağ yəhudiləri də bizim mədəniyyətin, bizim tarixin bir parçasıdır; Dağıstanın bütün digər xalqları kimi. İstəsək də, istəməsək də, hansısa formada bizə təsiri olacaq. Daha diqqətli olmaq, yersiz din təəssübkeşliyini bir yana qoymaq lazımdır. Dağıstan eskperimentinin bir hədəfi də bizik, unutmayın…
Cemaleddin H Quliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir