KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Kuzey Kafkasya
  4. »
  5. Aqşin Kərimov: Dağıstandakı hadisələr

Aqşin Kərimov: Dağıstandakı hadisələr

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
153 0

Dağıstandakı hadisələr

Dağıstandakı hadisələrin narrativlərini tapmaqdan ötrü 4 versiyanı göz önündə canlandırmalıyıq.

Birincisi, adi-texniki səbəb kimi görünə bilər. Yəni müsəlmanlar İsrail-Fələstin münaqişəsində ikinciyə dəstək əlaməti olaraq sərnişinlərə qarşı hərəkətə keçir. Hərçənd sual olunur ki, aksiya iştirakçıları hava limanına necə daxil olublar, məgər əvvəldən hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin bu barədə kəşfiyyat bilgisi olmayıb?

Bu sual yarandığına görə, ikinci versiya gündəmə gəlir. Nəzərə almalıyıq ki, Rusiya Yaxın Şərq regionundakı ambisiyalarını ABŞ-nin sönükləşmək həddinə çatan maraqlarının önünə keçirmək istəyir. İsrail-Fələstin münaqişəsinin hərbi eskalasiya ilə davam etməsi Moskvaya əlavə fürsətlər verir ki, o, regiondakı konfliktləri idarə edən prioritetlər formalaşdırsın. Hərçənd mən inanmıram ki, Rusiya ilə İsrailin münasibətlərinə əhəmiyyətli dərəcədə xələl gələcək. Bununla belə Rusiya HƏMAS-ı dəstəkləyir və onun fəaliyyətini terrorçuluq hərəkətləri kimi tövsif etmir.

Bu məsələ İsraillə Rusiya arasında münasibətlərin axarına mənfi təsir edir, ancaq Kreml də yaranmış fürsəti rəqiblərinin əlinə verməməkdə israrlıdır. Bu versiyanı diqqətdə saxlasaq, Dağıstandakı aksiyaların məğzi həmin ssenari üzrə açıla bilər.

Üçüncü məsələ bundan ibarətdir ki, İranın Rusiyada ideoloji şəbəkəsi mövcuddur və Tehran onları ayağa qaldırmaq üçün uyğun zaman gözləyirdi. Mümkündür ki, Dağıstandakı hadisələrin fonu İrana gedib çıxsın, hərçənd bunun maddi dəlillərini tapmaq bizə müəssər olmayıb.

Dördüncü məsələ, Qafqazda cihadçı qrupların fəaliyyəti olub, indi Rusiyaya cavab olaraq həmin qruplaşmalar ilkin təlimatları icra edə bilərlər.

Burada əsas qızışdırıcı tərəf Qərb görünə bilər, çünki Moskvanın Ukraynadakı hərbi kampaniyası Qərbin maraqları üçün təhlükə yaradır.
Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir