The perspectives of Russia–Iran relations in the context of the recent US–Iran escalation

Dilimiz, Türkçemiz, Türkiyemiz

Etem Coşkundan MERAKLISINA : KUTLU DOĞUM HAFTASI MI ?

Cəmiyyətdə qorxu və şiddət hissi yaradan qüvvələr zərərsizləşdirlməlidir

Böyük dövlətlər Hindistandan həmin dərmanı istəyirlər

Gündem 13 Nisan 2020
74

Dünyada koronavirus təhlükəsi azalmır. Virus bəzi dövlətlərdə geniş yayılır, digərlərində isə tədricən miqyası azalır. Ancaq hətta ikinci ölkələrdə belə virusun yenidən geri qayıdacağı ehtimalını nəzərdən qaçırmırlar. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı karantindən imtinanın hələ erkən olduğunu bəyan edirlər.
Koronavurisla mübarizədə bir neçə ssenari var.
Birinci ssenari budur ki, virusun yayılma gücü bir neçə aydan sonra azalacaq və ya xəstəlik tamamən yox olacaq. Bu arqumenti səsləndirənlər bunu yay aylarında virusun təsirinin azalacağıyla izah edirlər. Ancaq problem ondadır ki, hazırda koronavirus isti Afrika ölkələrində də yayılır. Ona görə də isti aylara olan ümid özünü doğrultmaya da bilər.
İkinci ssenari isə odur ki, koronavirusla mübarziə ilin sonuna qədər davam edə bilər. Bu müddətdə koronavirusa qarşı peyvənd və dərmanın hazırlanması çalışmaları davam edəcək. Müxtəlif rəylərə görə peyvəndin və xəstəliyi yox edə biləcək dərmanın hazırlanması ən yaxşı halda 12 və ya 15 ay uzana bilər.
Dərmanla bağlı müxtəlif ölkələrdən müxtəlif xəbərlər gəlir. “Koronavirusun dərmanı tapıldı” kimi sensasiya mahiyyətli xəbərlər geniş yayılıb. Ancaq hətta adı çəkilən dərmanı ixtiraçısı kimi qələbə verilən mütəxəssislər açıqlama verərək ixtira etdikləri dərmanın insan üzərində tətbiqinə ehtiyac duyduqlarını və bunun zaman alacağını bildirirlər. Ona görə də istəilən halda peyvəndin və dərmanın ixtirası zaman alacaq.
Buna baxmayaraq, bəzi dövlətlər hazırda əllərində olan dərmanlardan istifadə etməyə çalışırlar. Koronavirusdan hazırda ən çox əziyyət çəkən ölkə Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkənin dərmana daha çox ehtiyacı var. ABŞ prezidenti Donald Tramp tələsir, işislzik artıb, iqtisadiyyat iflic olub. Donald Tramp martın 21-də verdiyi açıqlamada koronavirusa qarşı istifadə oluna biləcək dərmanların siyahısını açıqladı. Ağ Ev sahibi həmin dərmanlardan – hidroksixloroxin və azitromisindən sınaq kimi istifadə etməyi məsləhət bildi.
Tramp rəsmi “tvitter” hesabında bunu yazmışdı: “Tibb tarixinin ən böyük oyununun gedişatını dəyişdirmək üçün real imkanlar var. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası böyük uğura imza atıb. Ümid edirəm onlar tezliklə istifadəyə veriləcək. İnsanlar ölürlər, cəld hərəkət eləmək lazımdır. Tanrı hər kəsi qorusun”.
Ancaq bir sıra tibbi ekspertlər Trampın açıqlamasının əsassız olduğunu qeyd etdilər. Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitunun icraçı direktoru Entoni Fausi Trampın qeyd etdiyi dərmanlar haqqında müsbər rəy vermədi.
Hidroksixloroxin malyariya xəstəliyinə qarşı istifadə olunan dərmandır. Azitromisin isə antibiotik kimi istifadə olunur. Dünyada hidroksixloroxin dərmanı təchizatının 70 faizini Hindistan təmin edir. Ümumiyyətlə dünya dərman bazarında Çin və Hindistan aparıcı mövqedədirlər. Ancaq koronavirusun yayılmasıyla bağlı Çinlə əməkdaşlığa maraq azalıb. Digər tərəfdən koronavirusun aşkarlanması məqsədilə Çinin bəzi ölkələrə göndərdiyi testlərdə virus aşkarlanıb.
Vaşinqton Hindistana müraciət edib. Hindistanın əczaçılıq şirkətləri ABŞ-a hidroksixloroxin dərmanı göndərəcəklər. Hindistanın Əczaçılar Alyansının baş katibi Sudarşan Cain dərman şirkətlərinin və apteklərin anbarlarında ölkəyə kifayət edəcək qədər hidroksixloroxin dərmanının olduğunu, bu dərmanın Birləşmiş Ştatlara ixracına başlana biləcəyini açıqlayıb.
Digər ölkələr də koronavirusla mübarizədə hidroksixloroxin dərmanının imkanlarını nəzərdən keçirirlər. Məsələn Rusiyanın Səhiyyə Nazirliyi də koronavirusun yaratdığı xəstəliyin müalicəsində tövsiyə etdiyi dərmanlar arasında hidroksixloroxini qeyd edib. Bu o deməkdir ki, bu və digər dərmanların idxalı məqsədilə Hindistana müraciət edəcək dövlətlərin sayı artacaq.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar